Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Jurnalist BNA-nın yalanını belə ifşa etdi – VİDEO

Jurnalist BNA-nın yalanını belə ifşa etdi – VİDEO

Tanınmış jurnalist Məhəmmədəli Qəribli Bakı Nəqliyyat Agentliyinin (BNA) yarıtmaz fəaliyyətini sərt tənqid edib. Bundan sonra onunla qurumun rəsmisi Mais Ağayev arasında söz atışması başlayıb. Mais Ağayev jurnalistin həqiqətə uyğun olmayan fikirlər yaymaqda ittiham edib. Jurnalist isə hadisə yerindən hazırladığı reportajla Mais Ağayevə cavab verib. Məhəmmədəli Qəribli hazırladığı reportajı belə yazı ilə təqdim edir:

“Bir neçə gün əvvəl, Bakıdakı klinikalardan birindən xəstə götürərkən BNA-nın kamerası tərəfindən cərimələnmişdim. Bu cəriməni qanunsuz saydığım üçün ictimailəşdirdim. Çünki klinikanın qarşısında üzürlü səbəbə görə dayanmışam, xəstə gözləmişəm. Dayandığım az müddət ərzindən özüm sükan arxasında oturmuşam. Qurumun rəsmisi Mais Ağayev isə mənim statusumun altına şərh yazaraq, bildirib ki, mən yalan danışıram, çünki həmin ərazidə klinika yoxdur. İndi görün, mən yalan danışıram, yoxsa BNA rəsmisi? Kanal13-ə hazırladığı obyektiv reportaja görə dərin təşəkkürümü bildirirəm!”

Hüseyn, Azinforum.az

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …