Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Manşet / “Jurnalist binası müraciəti”nə imza atanlardan biri rəsmən dələduz çıxdı- FAKTLAR

“Jurnalist binası müraciəti”nə imza atanlardan biri rəsmən dələduz çıxdı- FAKTLAR

Jurnalistlər üçün nəzərdə tutulan 3-cü binadakı mənzillərin şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı Azərbaycan Prezidentinə ünvanlanan müraciət ictimaiyyətdə kəskin reaksiya ilə qarşılanıb. Hələ də aktiv müzakirələr davam edir. Müraciətə imza atanlar içərisnidə cəmiyyətdə heç bir fəallığı olmayan, adları ilk dəfə çəkilən QHT-lər və onların rəhbərləri də var. 

Artıq mətbuat bu tipli insanların kimliyini araşdırmağa başlayıb. Azinforum.az xəbər verir ki, tanınmış jurnalist İmdad Əlizadə şəxsi “Facebook” hesabında müraciətə imza atan “QHT” rəhbərlərindən birinin fəaliyyətini araşdırıb. 

Məlum olub ki, müraciətdə adı keçənlərdən biri Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevdir. Jurnalist onun məhz dələduz olduğunu iddia edir və bu iddiasını dəmir faktlarla əsaslandırır. 

Buyurun oxuyun: 

“Məhəmməd Vəliyev Əfqanıstan müharibəsində canını qurban vermiş azərbaycanlıların ailələrinə və Əfqanıstan müharibəsi veteranlarına qarşı dələduzluğu necə törədib?
Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında Əfqanıstan müharibəsi veteranlarına fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb. Bu qoçaq Məhəmməd də veteranların dövlət başçısı tərəfindən ayrılan torpaqda ev tikməsinə imkan verməyib, torpağı baha qiymətə başqa şəxslərə satıb. 
Qoçaq Məhəmmədin dələduzluğu bununla bitibmi? Xeyir. 
O, veteranlara pulsuz verilən avtomobillərə görə onlardan rüşvət yığıb. 42 veteranın hər birindən 1000 manat pul alıb. 
Özü də, bu Məhəmməd heç vaxt Əfqanıstana ayaq basmadığı halda, Azərbaycan Əfqanıstan  Veteranları təşkilatının rəhbəridir. 
Buyurun, Məhəmmədin “qoçaqlığı” barədə xəbəri oxuyun:
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir.
Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.
Daha əvvəl mətbuatda veteranlar təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.
Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.
Onların sözlərinə görə, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: “Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər. Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”.
Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: “11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir”.
Onlar söyləyiblər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.
Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib. 
İdarədə araşdırma aparılıb, Məhəmmədin əməllərinin üstü açılıb, cinayət işi başlanılıb. 
Məhkəmədə qoçaq Məhəmmədin əməlləri sübuta yetirilib. Amma nədənsə hakim Ramella Allahverdiyeva ona şərti cəza verib.
Məhəmməd də birdən dönüb olub “humanist” və gəlib jurnalistlər üçün tikilən binanın şəhid ailələrinə və qazilərə verilməsi ilə bağlı müraciəti imzalayıb…”

Qeyd: Sözün bitdiyi yerdəyik. Cənab Pezidentə müraciət edən şəxslərdən biri xeyli cinayət əməlinin sahibidir. Görünür. indi də jurnalistlrə üçün nəzərdə tutulan binanı ələ keçirib hoqqalarını o mənzillər üzərində davam etdirmək istəyirmiş.

Bu,  cinayətlər kralının çirkin əməllərindən Prezidentə şikayət olunduğunu əks etdirən yazının linkidir. 

http://7news.az/efqanistan-veteranlari-ictimai-birliyinin-sedri-mehemmed-veliyevden-prezidente-sikayet-metn/

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …