Ana səhifə / Manşet / İSBAM Kocaeli şəhərində silsilə tədbirlərə start verdi – Fotolar

İSBAM Kocaeli şəhərində silsilə tədbirlərə start verdi – Fotolar

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəyə Türkiyədə start verilib. İSBAM mətbuat xidmətindən verilən məlumata görə, qurumu təmsil edən nümayəndə heyəti bu gün Türkiyənin İzmit şəhərindəki Türkiyə Azərbaycanlılar Dərnəkləri Federasyonunda olub. Dərnəyi rəhbəri Bilal Dündar bölgədə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində görülən işlərlə bağlı qonaqlara geniş məlumat verib. Qurumun ofisində bölgədə təhsil alan Azərbaycan əsilli fəal tələbələrlə də fikir mübadiləsi aparılıb. Sonra İSBAM nümayəndə heyətini Kocaeli Əmniyyət Müdiri Veysəl Tipioğlu tərəfinfən qəbul edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda İSBAM sədri Samir Adıgözəlli və Veysəl Tipioğlu bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Türkiyənin sözügedən bölgəsində İSBAM-ın görüşləri və keçirəcəyi tədbirlər bir neçə gün ərzində davam edəcək.

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …