Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Manşet / İqbal Məmmədovun var-dövlətinin siyahısı yayıldı

İqbal Məmmədovun var-dövlətinin siyahısı yayıldı

“Relax” istirahət mərkəzinin sahibi, millət vəkili İqbal Məmmədov mərkəzdə baş verən dava ilə bağlı yenidən medianın gendəminə gəlib.

“Yeni Sabah” xatırladır ki, istirahət mərkəzinə öz vəzifə borclarını yerinə yetirmək üçün gələn vergi məmurları deputatın qohumları tərəfindən döyülüb. Nəticədə deputatın oğlu da daxil olmaqla 6 qohumu həbs olunub.

İ. Məmmədov zaman-zaman iri şirkətləri və bahalı əmlakları ilə ictimaiyyətin diqqətində olub. İstirahət Mərkəzində baş verən davadan sonra mövzu yenidən gündəmə gəlib. Deputatın nəyi var? Hansı şirkətlərə birbaşa və dolayı yolla rəhbərlik edir? Hansı əmlaklara sahibdir?

Bu vaxta qədər mediada yayılan məlumatları ümumiləşdirsək, İ. Məmmədovun aşağıda qeyd etdiyimiz var-dövlətə sahib olduğunu söyləmək olar:

1. “Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).

2. “Relax” şirkətlər qrupu (Lerikdə “Relax” İstirahət Mərkəzi də bura daxildir).

3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma.

4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.

5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.

6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır).

7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.

8. Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti).

9. Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm” şirkəti).

10. Lerik rayonunda donuz ferması.

11. Lerik rayonunda dəvəquşu ferması.

12. “Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir).

13. Piran kənində şeben və kərpic fabrikləri.

14. Şüvəlan və Novxanıda villa.

15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,

16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,

17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

18. Lerik rayonunda villalar…

Bu, tam siyahı deyil.

Həmçinin oxuyun

Məktəblərdə yaşıl rüşvət – Hər şagird 5 şam ağacı gətirməsə… SƏS YAZISI

Bakı şəhəri, Akif Abdullayev adına 211 nömrəli tam orta məktəbdə “Yaş dünya” adlı tədbirin keçirilməsi …