Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / İqbal Ağazadə qalmaqal yaradan fotoya aydınlıq gətirdi…

İqbal Ağazadə qalmaqal yaradan fotoya aydınlıq gətirdi…

Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkələrdə onun fotosu ilə paylaşılan və etiraz səbəb olan təbliğat şüarı ilə bağlı məsələyə aydınlıq gətirib. Partiya sədri Azinforum.az-a açıqlamasında bildirib ki,

“Biz qürurumuzu itirdiyimiz yerdə qazanacağıq – Qarabağda”

şüarının onlara heç bir aidiyyəti yoxdur: “Onu kimsə öz təşəbbüsü ilə düzəldib və sosial şəbəkələrdə mənim şəkilimlə bərabər paylaşıb”. İqbal Ağazadə bildirdi ki, onların təbliğatını əks etdirən foto aşağıda təqdim etdiyimizdir.

Qeyd edək ki, birinci foto məhz Ümid Partiyasının üzvləri tərəfindən sosial şəbəkəlrdə paylaşıldığı üiün, onun partiya tərəfindən qəbul edilən təbliğat vasitəsi olduğu qənaətini yaradıb.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …