Şənbə , Aprel 4 2020
Ana səhifə / Manşet / “İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev həbsdən azad edildi – ÖZƏL

“İdeal” qəzetinin baş redaktoru Nazim Quliyev həbsdən azad edildi – ÖZƏL

2009-cu ildə həbs edilərək, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilən “İdeal” qəzetinin baş redaktoru, tanınmış jurnalist Nazim Quliyev bugünlərdə cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəsissəsindən məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Nazim Quliyevin yaxınları və Penitensiar Xidmətdəki mənbələr Azinforum.az-a onun azadlığa çıxdığına dair xəbərin doğruluğunu təsdiqləyiblər. Qeyd edək ki, jurnalistə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunmuşdu. O isə heç bir ittihamı qəbul etmirdi, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu iddia edirdi.

Samir, Azinforum.az

Həmçinin oxuyun

Anar Həsənovdan növbəti riyakarlıq-pul alıb işlədiyi təşkilatı dələduzluqda ittiham edir…

Frenk Elkapone (Füzuli Məmmədov) Anar Həsənov adlı jurnalisti təşkilatındakı mətbuat xidmətinin rəhbəri vəzifəsindən qovub. Əslində …