Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Manşet / İcra başçısının xanım müavini niyə vəzifədən uzaqlaşdırılıb?- 10 gün gizli saxlanan məlumatın izi ilə…

İcra başçısının xanım müavini niyə vəzifədən uzaqlaşdırılıb?- 10 gün gizli saxlanan məlumatın izi ilə…

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova 10 gün əvvəl tutduğu vəzifədən azad edilib. Maraqlıdır ki, bu barədə məlumat indiyə qədər ictimailəşməyib. İcra Hakimiyyətinin rəsmi saytından da Gülnisə Ələkbərovanın adı vəzifə tutan şəxslər siyahısından çıxarılıb. Məlumatı dəqiqləşdirmək üçün Gülnisə Ələkbərovanın özü ilə əlaqə saxladıq.

O, Azinforum.az-a açıqlamasında vəzifədən azad olunduğunu təsdiqlədi:

“Ancaq mən bu barədə heç nə danışmaq istəmirəm. Hansı vəzifədə olmağımızdan asılı olmayaraq, biz daima Dövlətimizin, Prezidentimizin əsgərləri olaraq qalacayıq. Yəqin ki, yaxın zamanlarda yeni işlə təmin olunaram. Əlavə şərh vermək istəmirəm”.

Samir,

Azinforum.az

Həmçinin oxuyun

“Təzyiq olarsa, onda “F-16”ları görəcəksiz” – İlham Əliyev

“Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm”. “ Azinforum.az ” xəbər verir …