Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / İcra başçısının müavini sürücüsü ilə şagirdi evə gətizdirib – Cinayət işi başlandı

İcra başçısının müavini sürücüsü ilə şagirdi evə gətizdirib – Cinayət işi başlandı

Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı araşdırma yekunlaşıb.

Baş Prokurorluqdan Azinforum.az-a verilən məlumata görə, müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 9:00 radələrində məktəbin şagirdi Günel Əliyevanı (şərti) sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə G.Əliyevanın mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərib.

Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən, Günel Əliyevanın bədənində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Eyni zamanda, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.

İstintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …