Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Manşet / “İcra başçısının hərbi xidmətdə olmaması ilə bağlı fikirlər tamamilə əsassızdır”- RƏSMİ AÇIQLAMA

“İcra başçısının hərbi xidmətdə olmaması ilə bağlı fikirlər tamamilə əsassızdır”- RƏSMİ AÇIQLAMA

Son vaxtlar bəzi elektron KİV-lərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı tənqidi materiallar dərc edilir. Rayon icra hakimiyyətlərinin fəaliyyətinə ictimai nəzarətin artdığı bir dönəmdə Məhərrəm  Quliyevin adının KİV-lərdə belə neqativ aspektdən hallandırılması diqqətimizi cəlb etdi. Bu səbəbdən də icra başçısı ilə bağlı səslənən fikrlərlə bağlı jurnalist araşdırması aparmaq qərarına gəldik. Səsələnən ittihamlar sırasında icra başçısının həqiqi hərbi xidmətdə olmadığına dair fikirlər də yer alır. Bu məsələni aydınlaşdırmaq üçün Göranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxzladıq. Həmin qurumun İnformasiya Təminatı və Təhlili  Sektorunun  müdiri Faiq Muradov Azinforum.az-a açıqlamasında bildirdi ki,  bu yöndə səslənən fikirlərin heç bir əsası yoxdur:

“Araşdırsanız görərsiniz ki, Məhərrəm müəllim bundan əvvəl bir sıra mühüm dövlət vəzifələrində çalışıb.  Təkcə  2006-2011-ci illərdə o, Prezident Administrasiyasında məsul vəzifədə işləyib.  Belə şəxslər  dövlətin 3 xüsusi yoxlama mərhələsindən keçir.  Bu da o anlama gəlir ki, Məhərrəm Quliyevin tərcümeyi halında yüksək dövlət postlarında çalışmağı qadağan edən hər hansı bir neqativlik olmayıb. İcra başçısının hərbi xidmətdə olmaması ilə bağlı fikirlər də tamamilə əsassızdır. Məhərrəm Quliyev 22 iyun 1986-cı il tarixdən – 10 may 1988-ci il tarixinədək sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.  Bu xidmət Moskva hərbi dairəsinin tabeleyində olan hərbi hissələrdən birində keçilib. Belə məlumatların yayılmasında maraqlı olan Goranboydakı maraqlı qüvvələr tez bir zamanda ifşa ediləcək”.

Azinforum.az

Həmçinin oxuyun

“Demişdim ki, sənin yeddi şərtini zibil yeşiyinə atıram”

“Hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan …