Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Manşet / Hacıqabulun rəisinin atasının adı məcburi köçkünlərin qoyunlarının oğurlanmasında hallanır + VİDEO

Hacıqabulun rəisinin atasının adı məcburi köçkünlərin qoyunlarının oğurlanmasında hallanır + VİDEO

Hacıqabulda haqqı tapdandığını iddia edən məcburi köçkünlər ölkə başçısından, daxili işlər naziri Vilayət Eyvazovdan və yeni təyin edilən icra başçısından kömək istəyir.

Kəlbəcər rayonnun Zəylik kənd sakini Səməd Mustafazadənin müraciətini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Azər Qocayevə
Hörmətli cənab Prezident!
Diqqətinizə çatdırım ki, Hacıqabul rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynovun atası MAARİF HÜSEYNOV zorla bizə məxsus 600-dən çox xırdabuynuzlu heyvanlarını ələ keçirib və qaytarmır.
Son zamanlar məmur özbaşınalığı ilə bağlı gördüyünüz ciddi tədbirlərə baxmayaraq hələ də insanlara yuxarıdan aşağı baxan məmur və onların ailə üzvüləri vardır. Hesab edirəm ki, bu həssas dönəmdə məcburi köçkünlərin şikayətləri ciddi şəkildə araşdırılmalı və günahkarlar cəzalarını almalıdırlar.
Odur ki, Sizdən xahiş edirəm ki, bir məcburi köçükn ailəsinin fəryadını eşidəsiniz və üzləşdiyimiz bu özbaşınalıqları şəxsi nəzarətinizə götürəsiniz.
Azinforum.az mövcud problemi əks etdirən videonu xia.az saytına istinadən təqdim edir:

Həmçinin oxuyun

İSBAM Türkiyədə möhtəşəm layihə icra etdi – FOTOLAR

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihə çərçivəsində İctimai Siyasi Proseslər …