Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Hacıbala Abutalıbova sərt mesaj: “Mən həbs ediləndə, 050-211-03-03 telefon nömrəmi özünə götürüb”

Hacıbala Abutalıbova sərt mesaj: “Mən həbs ediləndə, 050-211-03-03 telefon nömrəmi özünə götürüb”

Azinforum.az xəbər verir ki, sosial şəbəkələrdə Bakı meri Hacıbala Abutalıbovun öz əşyanalrını yığaraq kabinetini tərk etdiyi barədə məlumatlar yayılıb. Bu mövzu ilə bağlı verilən şərhlərdə bildirilir ki, Abutalıbovun kabinetini tərk etməsi təsadüfi xarakter daşımır, onun yeni vəzifəyə təyin ediləcəyi gözlənilir. Hətta bu xüsusda merin Baş nazirin müavinlərindən biri olacağına dair də iddialar səslənir. Bu xəbərə ən maraqlı reaksiyanı isə Rəfael Allahverdiyevin dövründə Bakı merinin müavini təyin olunan, sonradan Hacıbala Abutalıbovun rəhbərliyi altında qısa müddət işləyən və həbs olunan  Eldəniz Lahıcov verib.  Qeyd edək ki, Eldəniz Lahıcov 2000-ci illərin əvvəlində həbs edilərək, uzun müddətli məhbus həyatı yaşayıb. Sosial şəbəkədə yayılan bu xəbəri Eldəniz Lahıcov sevinclə qarşılayaraq bildirib: “Bu yoldan keçən, təsadüfi adam (Abutalıbovu nəzərdə tutur-red) hətta mən həbs olunandan sonra, mənə məxsus olan 050-211-03-03 telefon   nömrəmi  belə ələ keçirərək özünə götürüb. Tezliklə görüşərik!” Qeyd edək ki, Eldəniz Lahıcov həbsdən azad olunandan sonra, ölkə hüdudlarından kənarda yaşayır.

Azinforum.az olaraq, Hacıbala Abutalıbova etdiyimiz zənglərə cavab verilmədi. Mövzu ilə bağlı onun da münasibətini dərc etməyə hazırıq.

M.Mirzə

Azinforum.az

 

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …