Ana səhifə / Manşet / Hacı Şahin vəfat etdi

Hacı Şahin vəfat etdi

Tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bu barədə onun rəsmi feysbuk səhifəsində məlumat verilib. Hacı Şahinin hansı səbəbdən vəfat etdiyi açıqlanmasa da, ictimaiyyətə bununla bağlı əlavə məlumat veriləcəyi bildirilib.

Azinforum.az-ın əldə etdiyi məlumata görə, Hacı Şahin səhər saat 5 radələrində Yasamal rayonunda yerləşən evində dünyasını dəyişib. O, bu gün dəfn ediləcək.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Məşədi, həmçinin QMİ-nin nümayəndəsi idi.

Həmçinin oxuyun

25 min rüşvət alan müstəntiq Nicat Acalovun tutduğu adam hələ də həbsdədir-Video

Narkotik qaçaqmalçılığına və satışı ittihamı ilə həbs edilərək 13 il müddətinə azadlıqdan məhrum edilən taksi …