Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Manşet / Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü -VİDEO

Hacı Mazan Xəzər TV-nin əməkdaşlarına hücum çəkdi, ev sahibini döydürdü -VİDEO

Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun vətəndaşı döydüyü iddia olunur.
Faiq Seyfullayev adlı vətəndaş sosial şəbəkədə canlı yayım edərək, köynəyi cırılmış halda onu Hacı Mazan və ətrafındakı şəxslərin döydüyünü bildirib.Vətəndaş iddia edib ki, iş adamı və onun ətrafındakı şəxslər onun üzünə və bədəninə xəsarət yetiriblər. Eləcə də evindəki əşyaları dağıdıblar.Bundan başqa şikayətçi olan vətəndaşı çəkmək üçün hadisə yerinə gələn Xəzər televiziyasının xəbərlər xidmətinin müxbiri Rüstəm İbadov və operator Davud İbrahimova hücum edən iş adamı Hacı Mazan mikrofonu müxbirin əlindən dartaraq alır. Həmçinin operatordan çəkməməyi tələb edərək kameranı almağa çalışır.
Unikal.org-a açıqlama verən Faiq Seyfullayev bildirib ki, yaşadığı binada müqaviləni yeniləmədiyi üçün döyülüb:
“Paytaxtın Binəqədi rayonu Rəsulzadı qəsəbəsi Musabəyov 4c ünvanında “iNAM BAYRAM-M” MTK-ya məxsus binada yaşayıram.Kommunal ödənişlərlə bağlı müqaviləyə imza atmadığım üçün Hacı Mazan və dəstəsi məni döydü, bədənimdə çoxsaylı xəsarətlər var.Hazırda Binəqədi rayon 4-cü polis bölməsindəyəm, izahat verəcəm.Bundan sonra tibbi-ekspert komisiyasına müraciət edəcəm ki, xəsarətlərimlə bağlı rəy alım.Məndən əlavə televiziya işçilərinə də hücum olundu.DİN-nın 102 xidmətinə də məlumat vermişəm.Ümid edirəm təqsirkarlar cəzalanacaq.”

VIPedu.BIZ

Həmçinin oxuyun

Naxçıvanda intihar etdiyi deyilən baş nazirin sabiq bininci müavini “Azinforum”a danışdı – ÖZƏL

Naxçıvanda dekabrın 7-sində  intihar etməsi ilə bağlı xəbər yayılan Muxtar Respublikanın baş nazirinin sabiq birinci …