Ana səhifə / Manşet / Hər ay tonlarla “Milla” məhsulu yararsız çıxır – Tam siyahı

Hər ay tonlarla “Milla” məhsulu yararsız çıxır – Tam siyahı

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 73 adda, 9 ton müxtəlif növ süd məhsulları məhv edilib.
Bu barədə AQTA-dan məlumat verilib.
Məlumat üçün qeyd edək ki, AQTA “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında mütəmadi olaraq istehlaka yararsız və istifadə müddəti bitmiş tonlarla yararsız məhsulu məhv edib. Təxminən son 1 il ərzində AQTA MMC-nin 34 müraciətinə əsasən tonlarla yararsız məhsulunu məhv edib.
Onu da bildirək ki, Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC (VÖEN-1300995031) öz məhsullarını bazara “Milla” markası ilə çıxarır.
Son bir ildə “AZ FP CO LTD” MMC-nin AQTA-ya müraciəti əsasında məhv edilən yararsız məhsulların miqdarı aşağıdakı kimi olub:
29.11.2021 –  65 adda, 8 946.77 kq müxtəlif məhsullar
29.12.2021 – 1 adda, 5 513.44 kq dondurma məhsulları
06.01.2022 – 3 adda, 3 442.50 kq müxtəlif növ dondurma məhsulları 
28.01.2022 – 11 adda, 19 691.46 kq müxtəlif növ dondurma məhsulları 
08.02.2022 – 26 adda, 16 046.15 kq müxtəlif növ dondurma məhsulları
11.02.2022 – 74 adda, 11 429.38 kq müxtəlif növ süd məhsulları 
21.02.2022 – 72 adda, 8 984.02 kq müxtəlif növ süd məhsulları
24.02..2022 – 18 adda, 17 696 kq müxtəlif növ süd məhsulları
01.03.2022 – 13 adda, 15 444 kq müxtəlif növ süd məhsulları
02.03.2022 – 68 adda, 11 658 kq müxtəlif növ süd məhsulları
18.03.2022 –  10 adda, 11 136 kq müxtəlif növ süd məhsulları
25.07.2022 – 69 adda, 10 616.84 kiloqram müxtəlif məhsullar
03.08.2022 – 70 adda, 12 237.27 kq müxtəlif növ süd məhsulları
08.08.2022 –  67 adda, 10 835.30 kq müxtəlif növ süd məhsulları
19.08.2022 – 67 adda, 13 919.46 kq müxtəlif növ süd məhsulları
29.08.2022 – 16 adda 4 383.46 kq müxtəlif növ süd məhsulları
31.08.2022 –  67 adda, 8 659.25 kq müxtəlif növ süd məhsulları
13.09.2022 –  65 adda, 9 246.59 kq müxtəlif növ süd məhsulları
28.09. 2022 – 66 adda, 9 509.80 kq müxtəlif növ süd məhsulları
10.10.2022 – 67 adda, 11 446.60 kq müxtəlif növ süd məhsulları
17.10.2022 – 69 adda, 13 909.89 kq müxtəlif növ süd məhsulları 
24.10.2022 – 69 adda, 12 311.59 kq müxtəlif növ süd məhsulu
01.11.2022 – 69 adda, 12 ton müxtəlif növ süd məhsulları
17.11.2022 – 71 adda, 12,5 ton müxtəlif növ süd məhsulları 
30.11.2022 – 74 adda, 12,8 ton müxtəlif növ süd məhsulları
07.12.2022 – 74 adda, 14,5 ton müxtəlif növ süd məhsulları 
13.12.2022 – 70 adda 7,2 ton müxtəlif məhsullar
15.12.2022 – 72 adda 9,6 ton müxtəlif növ süd məhsulu 
22.12.2022 – 73 adda 12,9 ton müxtəlif növ süd məhsulu 
05.01.2023 – 72 adda 10,2 ton müxtəlif məhsullar
07.01.2023 – 72 adda, 12,5 tona yaxın müxtəlif növ süd məhsulu
26.01.2023 – 73 adda, 13,1 ton müxtəlif növ süd məhsulu 
30.01.2023 – 69 adda, 10 ton müxtəlif növ süd məhsulu 
06.02.2023 – 73 adda, 9 ton müxtəlif növ süd məhsulu
“AZ FP CO LTD” MMC dövlət qeydiyyatına 2006-cı ildə alınıb. Nizamnamə kapitalı 41 milyon 131 min 38 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Hazırda şirkətə Azər Vahabzadə rəhbərlik edir.
Qeyd edək ki, “AZ FP CO LTD” MMC yeni açılan zaman şirkətə İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdinqlə birgə çəkilib. Yeniavaz.com

Həmçinin oxuyun

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən qovulub.  Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın sədri Rövşən …