Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / “HƏMİŞƏ SƏKSƏKƏ İÇİNDƏ YAŞAMIŞAM” – “1967-ci ildən rahat yatmıram…”

“HƏMİŞƏ SƏKSƏKƏ İÇİNDƏ YAŞAMIŞAM” – “1967-ci ildən rahat yatmıram…”

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə ASC-nin kollektivi ilə sağollaşarkən etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.

“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”,– deyə keçmiş məmur bildirib.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib.

1993-cü ilə qədər isə Ə.Əhmədzadə partiya nomenklaturasına daxil idi və Azərbaycan Kommunist Partiyasının bir neçə rayon komitəsinə rəhbərlik etmişdi.

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …