Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi

Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi

Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reportun sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev N.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Daha sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, R.Quliyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiqi vəzifəsindən azad olumuşdu.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri unikal.org saytı yayıb.

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …