Şənbə , Dekabr 3 2022
Ana səhifə / Kriminal / Həbsdəki sabiq general- nazir “Tik-Tok” üzərindən hücuma keçdi – Video

Həbsdəki sabiq general- nazir “Tik-Tok” üzərindən hücuma keçdi – Video

Azinforum.az xəbər verir ki, hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov “Tik-Tok” sosial şəbəkəsi üzərindən informasiya hücumuna keçib. Onunla bağlı olan şəxsi arxiv fotoları @usernaxcivanli adlı “Tik-Tok” profili üzərindən paylaşılır. Fotoların mahiyyətindən görünür ki,
hazırda həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov “Tik-Tok” sosial şəbəkəsi üzərindən öz müdafiəsini qurmağı hədəfləyir. Onunla bağlı olan şəxsi arxiv fotoları @usernaxcivanli adlı “Tik-Tok” profili üzərindən paylaşılması bir çox mətləblərdən xəbər verir. Fotoların mahiyyətindən görünür ki, belə şəxsi arxiv materiallarına çıxış yalnız həbsdəki nazirin çox yaxın adamlarında ola bilər. Bu da onu deməyə əsas verir ki, sözügedən profil onun yaxınları tərəfindən idarə olunur. Maraqlıdır ki, profil yeni yaransa da, paylaşdığl videolara böyük baxış sayı toplamağa müvəffəq olub. Videolardakı şərh bölümündə Əhməd Əhmədovun nahaqdan, şərlənərək həbs edilməsinə dair yazılan şərhlər silinmir, hətta bu yöndə diskussiyaların aparılmasına da şərait yaradılır.

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Əhməd Əhmədov barəsində 11 il həbs hökmü çıxarıb.

Azinforum.az

Həmçinin oxuyun

27 ildə Naxçıvanda tətbiq edilmiş qeyri-adi “qayda-qanunlar

Ötən həftədən bəri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində …