Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Gömrük brokeri Əbülfəz Məlikov Mərdakanı satın alır- Torpaq biznesinə girişib

Gömrük brokeri Əbülfəz Məlikov Mərdakanı satın alır- Torpaq biznesinə girişib

Gömrük brokeri kimi tanınan Əbülfəz Məlikov yeni biznesə girişib. Azinforum.az-ın əldə etdiyi məlumata görə, o, Mərdakan qəsəbəsində Buzovna-Mərdakan elektrik qatarının yolunun üstündə olan bütün bahalı torpaqları qiymətindən asılı olmayaraq satın alır. Məlikovun həmin ərazidə qiyməti baha olan dəbdəbəli villalar və ticarət obyektləri inşa edib satdığı bildirilir.
Qeyd edək ki, brokerin özünün də şəxsi bağı həmin ərazidə yerləşir. Onun satın alaraq genişləndirdiyi ərazi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bağ evinə yaxınlaşır.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …