Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / “Gilan Holdinq” 632209 dollar, FHN-isə 331 min avro cərimələnib – Kəmaləddin Heydərovun ətrafında “qara buludlar” dolaşır

“Gilan Holdinq” 632209 dollar, FHN-isə 331 min avro cərimələnib – Kəmaləddin Heydərovun ətrafında “qara buludlar” dolaşır

Bakı Apelyasiya Məhkəməsində “Gilan Holdinq” MMC və Fövqəladə Hallar Nazirliyinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən cərimələnməsi ilə bağlı qərarla bağlı ayrı-ayrı şikayətlərə baxılıb.

Azinforum.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərarlar elan edilib.

Qərarlara əsasən hər iki qərar ləğv edilib və baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, “Gilan Holdinq”i şirkəti 632209 ABŞ dolları, FHN-isə 331 min avro məbləğində cərimələyib.

Onlar İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib.

Yeri gəlmişkən, son aylar FHN şefi Kəmaləddin Heydərovun ətrafında baş verənlərlə bağlı maraqlı məlumatlar yayılır.

 Gah Neftçalanın həbs olunan icra başçısı İsmayıl Vəliyevin onun kadr olması, gah FHN-nin kadrlar idarəsinin rəisinin Nikolayın fotosunun altında şəkil çəkdirməsi, gah nazirin xanım şərikinin ölkədən qaçması və sair kimi qalmaqallar tirajlanır.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …