Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Manşet / Generalın qardaşı oğlu Kəmaləddin Heydərovun şirkətini MƏHKƏMƏYƏ VERDİ

Generalın qardaşı oğlu Kəmaləddin Heydərovun şirkətini MƏHKƏMƏYƏ VERDİ

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu bildirilən “Gilan Holdinq”ə daxil olan şirkətlər ard-arda məhkəməyə verilir.

Bir müddət əvvəl türkiyəli iş adamı Olcay Ayın sahibi olduğu “Ertok” MMC “Gilan Holdinq”i məhkəməyə vermişdi. Bu məhkəmə çəkişməsi bitməmiş holdinqə daxil olan “Gilan İnşaat” MMC məhkəməyə verilib. Bu iş üzrə iddiaçı “Veliev” MMC olub.

“Gilan Holdinq” və “Gilan İnşaat”la bağlı məhkəmə çəkişməsi davam etdiyi bir vaxtda Kəmaləddin Heydərovun nəzarətində olan daha bir şirkət məhkəməyə verilib. HİT.Az-ın əldə etdiyi məlumata görə, bu, “Gilan Beton” MMC-dir. İş üzrə iddiaçı qismində “Yük Taksisi.az” MMC çıxış edir. Məhkəmə çəkişməsinin səbəbi daşıma müqaviləsi üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Artıq iş üzrə ilk proses keçirilib.

“Yük Taksisi.Az” MMC 15 avqust 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Zeynaloq Aqil İsmayıl oğludur. Mediada gedən və indiyə qədər təkzib olunmayan məlumatlara görə, Aqil Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalovun qardaşı oğludur.

Həmçinin oxuyun

Eldar Həsənovun qızı: “Gözümüz baxa-baxa atamı öldürürlər! Sizə yalvarıram, müdaxilə edin”

Hazırda həbsdə olan, sabiq Baş prokuror Eldar Həsənovun qızı Səbinə Hüseynova özünün sosial şəbəkə hesabında …