Şənbə , Dekabr 4 2021
Ana səhifə / Manşet / General Milli Qəhrəman statuslu dustaq olacaq…

General Milli Qəhrəman statuslu dustaq olacaq…

Bugünlərdə məhkəmə, 20 il əvvəl, Ukraynanın paytaxtı Kiyev şəhərində törədilən bir qətl hadisəsinə görə, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərova hökm oxudu və onu 10 il müddətinə azadlıqdan məhrum etdi.

Genaralın hökmündə xüsusilə diqqət çəkən vacib məqam var. Hökmə əsasən, R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması zəruri hesab edilməyib.

Yəni Rövşən Əkbərov bundan sonra öz cəzasını həbsxanada Milli Qəhrəman və general statusunu itirmədən çəkəcək. Bu, Azərbaycan praktikasında çox nadir olan bir hadisədir.

Bundan əvvəl Rövşən Əkbərovun statusunda həbsə düşən adamlara belə humanizm nümayiş edilməyib. Mislal kimi goranboylu Ağa kişinin oğlu Rasim Əkbərovun və başqalarının adını çəkə bilərik.

Rövşən Əkbərova ittiham olunduğu maddənin sanksiyası həddində də, nisbətən az cəza verilib. Hazırda anoloji cinayətlərə görə, təqsirləndirilənlərə 18-20 il arası cəzalar verilir.

Buradan belə bir nəticəyə gəlmək olar ki, Rövşən Əkbərovla bağlı yuxarı dairələrdə yaradılan mənfi rəy öz təsdiqini tapmayıb və o azadlığa çıxmağın tam astanasındadır.

Böyük ehtimalla, bundan sonrakı iki yuxarı məhkəmə instansiyasında da onun cəza müddətini bir qədər də azaldacaqlar və o, Akif Çovdarov kimi tez bir zamanda azadlığını əldə edəcək.

Bu qənaətə gəlmək olar ki, Rövşən Əkbərovla bağlı daha yuxarılara ötürülən və bu cinayət işi ilə bağlı olmayan tam başqa motivli donoslar öz təsdiqini tapmadığı üçün, onunla bir qədər yumşaq davralınıb. Belə olmasaydı, heç bir hakim bu ranqda adama özfəliyyət nəticədində gördüyümüz humanizmi nümayiş etdirə bilməzdi!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Tik-Tok” Azərbaycanda ciddi görkəm alır- Ciddi KİV-lər də ora istinad edir…

Media, ciddi adamlar, dövlət qurumları kütlənin əsas meyl etdiyi və daha çox cəmləşdiyi yerə “əşi, …