Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / GENERAL BORŞU

GENERAL BORŞU

Bakıda zəbt edilmiş bir ərazidə hazırda vəzifə başında olan genarallardan birinə məxsus restoran var. Həmin generalın özü də arada gəlib orada yemək yeyir. Dostlarla tez-tez ora gedirik. Restoranı işlədən adamlar tanışlardı. İki gün əvvəl, dostlardan biri gileyləndi ki, onlarda eyni menyu olur, niyə fərqli bir şey bişirmirlər?

Restoranı işlədən adam dedi ki, sabah generala yaxşı borş bişirəcəklər: “Deyərəm artıq edərlər siz də dadına baxarsınız”. Təbiidir ki, yeməyi bizə pul ilə satacaydı. Borşun hazırlanma reseptini də xeyli təriflədi və dedi ki, general necə deyirsə, elə də hazırlayırlar.

Sabahı gün 4 nəfər həvəslə getdik generalın respeti ilə bişən borşdan yeməyə. Yenə adi qaydada “xolodniy” gəldi. Ardınca dörd pors borş, mayines və s. Borşu qaşıqlayıb yeyəndən sonra, hamı bir-birinin üzünə baxdı. Təəccüblə bir-birimizdən soruşduq: “Səndə də ət yoxdur? “

Deməli, bizə verilən 4 pors borşun içində bir tikə də olsun ət yox idi. Restoranı işlədəni çağırdıq. Utana-utana dedi ki, siz Allah bağışlayın, general bir dostu ilə gəlmişdi. Borş necə xoşlarına gəldisə, qazanda olan bütün ətləri basıb yedilər. Çox səmimi qəbul etdik. Təbii ki, bu ölkədə bizim iştahımızla generalın iştahı bir ola bilməz axı. Bizə hələ borşun suyu və kələmi çatıbsa, buna da şükür etməliyik.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …