Ana səhifə / Manşet / Gəcə saatlarında Xırdalana avtomobillər niyə bir-bir buraxılır? – DYP-dən şikayət

Gəcə saatlarında Xırdalana avtomobillər niyə bir-bir buraxılır? – DYP-dən şikayət

Vəkil Səbuhi Axundov özünün sosial şəbəkə hesabında Abşeron Rayon Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətilə bağlı maraqlı yazı paylaşıb. Azinforum.az həmin yazını olduğu kimi təqdim edir:

“Gecə saatları oldu Xırdalanın Qafqaz universiteti tərəfdən girişində post qurulur. DYP bütün maşınları bir-bir yoxlamağa başlayırlar. Bəli, bütün maşınlar tək-tək yoxlananda süni tıxacın uzunluğunu təsəvvür etmək elə də çətin deyil. Bunu mənə bir neçə dost demişdi, amma rastlaşmamışdım.

Bu gün evə gəlirəm, baxdım ki, tıxac. İki yol polisinin avtomobili yolu saxlayıb maşınları bir- bir buraxillar.
Bu tıxac olanda yoxa çıxıb, gecə yollarda peyda olan Abşeron Dövlət Yol Polisi əməkdaşlarına göstərişi kim verirsə, yəqin ki, bu qaydada icraat təlimatı verməyiblər. Ya özbaşına edirlər, ya da təlimatı düzgün almayiblar.


Yorğun olsam da səbrlə növbənin çatmasını gözlədim. Budur yoldaş polis ağzımıza aparat uzadır, üfürün!
Təsəvvür edin pandemiya, bütün günü tibbi maskada gəz gəl, yüz sürücünün ağzına uzatdığı aparatı səndən öncəkilərdən çıxarıb sənə uzadır.


Bu postun qanuniliyi, belə reydin təlimat qaydasını qoyuruq kənara. Bu DYP əməkdaşının hərəkətinə baxdım, üzünə baxdım və təbii ki, üfürmədim. Etirazımı bildirəndə, yaxşı yol, niyə belə reaksiya verirsən, Allah amanında, deməklə mənə minnət qoyub yola verdi. Açığı çox yorğun olduğum üçün heç adlarını da soruşmadım, heç mikrofonları niyə yoxdu soruşmağa da halım olmadı. Ancaq hamı bir bir ağzını uzadıb üfürüb, gedirdi.

Heç kim baş ağrısı istəmir axı.
Sadəcə demək istədiyim odur ki, camaat yazıqdı. Birinin ağzından çıxarıb o birinin ağzına saldığınız o üfürmə aparatinizla ucdantutma hamını yoxlamağa gərək yoxdur. Sipirtli içki reydi edirdisə, salamdan sonra şübhəli adamları yoxlaya bilərsiz. İkincisi də sürücü heç bir qayda pozuntusu etmədiyi halda post yoxdursa, onların hamısını saxlamağa tıxac yaratmaq, insanları belə incitmək hansı kitabda yazılıb, deyin biz də bilək.


Qısası bu xidmətinizdən gündüzlər Xırdalanın mərkəzi yollarında, yol hərəkətini təşkili bərbad olan yollarında da görməyi arzulayıram.
Belə xidmət olmaz. Özümü o məşhur “13-cü kvartal” fransız filmindəki qəsəbənin sakini kimi hiss etdim”.

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …