Bazar , Oktyabr 25 2020
Ana səhifə / Manşet / Gədəbəy, yoxsa Dədəbəy? – jurnalistdən addəyişmə təşəbbüsünə sərt etiraz…

Gədəbəy, yoxsa Dədəbəy? – jurnalistdən addəyişmə təşəbbüsünə sərt etiraz…

Bir neçə gündür ki, sosial şəbəkələrdə böyük zəhmətkeş və ziyalı potensialına malik olan Gədəbəy rayonunun adının dəyişdirilməsi ilə bağlı (?) müzakirələr aparılır. O elin, obanın yetirməsi olaraq, o el və obaya hec bir aidiyyatı olmayan dırnaqarası özündən müştəbeh bəzi şəxslərin yersiz və hec bir ictimai əhəmiyyət kəsb etməyən koronavirus oturaqlığından irəli gələn yersiz “təşəbbüslərinə” öz münasibətimi bildirmək istəyirəm .

Əvvəla, sosial şəbəkələrdə bu məsələnin müzakirəsi ilə məşğul olan “təşəbbüskarların” nəzərinə catdırmaq istəyirəm ki, istənilən rayon, qəsəbə, kənd, şəhər, yer və s. adlarının dəyişdirilməsə ilə bağlı məsələ həmin ərazidə yaşayan insanların təklifləri əsasında aidiyyatı qurumlar qarşısında qaldırıla bilər. Yetkin bir qərara gəldikdən sonra həmin rayonun əhalisi tərəfindən Milli Məclisə üzv seçilmiş millət vəkillərinə rəsmi müraciət olunur.

Bundan sonra həmin deputatlar tərəfindən məsələ Milli Məclislisin müzakirəsinə cixarılır. Dəyişiklik qəbul oluna da, olunmaya da bilər. Yaxşı yadımdadır, birinci Qarabağ savaşında da bəzi siyasi hoqqabazlar 1991-1992 illərdə də Gədəbəy rayonunda təxribat xarakterli məlumat yaymaqla məşğul idilər. Rayon camaatının birliyi nəticəsində sozügedən təxribat baş tutmadı və nəticəsi göz qabağındadır. Bu da elə həmin hadisəyə bənzəyir. Gədəbəy rayonu əsrlər boyu tarixin ən çətin sınaqlarından kecib. Bu gündə belədir. Yeri gəlmişkən, “Gədəbəy” sözünün mahiyyətindən xəbərsiz olanların diqqətinə kicik bir arayış: gədə ilə gəda sözlərinin mənasını anlamayanlara Natiq Nərimanoğlunun (Küsgün) şeirini oxumağı tövsiyyə edirəm:

Gədəbəydə

İxtisarla

Gədəmiz bəy olub, böyüyümüz xan,
Oxu tarixləri bil Gədəbəydə!
Gədəyələ gədanı qatma ey nadan,
Yaxşı bax, gözünü sil Gədəbəydə!

Altunla oynayıb daim əlimiz,
“Aurum” soyluyuq, dürdü nəslimiz,
Kimyada cədvalə düşüb irsimiz,
Daşlarda yaranıb ləl Gədəbəydə!

Elmlər beşiyidi, mərdlər ocağı,
Dost ücün açıqdır hər an qucağı,
Natiq, de kim sevməz ana torpağı?
Vətənə bağlıdır el Gədəbəydə!

Məncə artıq izahata ehtiyac yoxdur. Gədə ilə gəda sözlərinin mahiyyətini ayırd edə bilməyənlərə məsləhətim budur ki, Gədəbəyin dağdan ağır kişilərinin, elm adamlarının bir batman balla yeyiləsi mümkün olmayan irad və təpkilərinə rast gəlməmiş, “evdə qal” koronavirus günlərində “krassvodla” başlarını qatmaları daha məqsədəuyğundur.

P.S Mövzu ilə bağlı istənilən şəxslə debata çixa bilərəm.

Nüsrət İSAOĞLU

Həmçinin oxuyun

Azərbaycan Vaşinqtondakı görüşdən də irəliləyiş gözləmir – Hikmət Hacıyev nələrə əsaslanır…

Məlahət İbrahimqızı: “Yaxşı olardı ki, həmsədrlər indiyə kimi problemin həllinə dair mexanizm tapaydılar” Prezidentin köməkçisi, …