Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / “Füzuli şəhərindən Şuşaya yeni yol çəkirik” – İlham Əliyev

“Füzuli şəhərindən Şuşaya yeni yol çəkirik” – İlham Əliyev

“Bu gün işğaldan azad olunmuş Füzuli şəhərindən Şuşaya yeni yol çəkirik. Bu çox gözəl təməlqoyma mərasimidir, çünki bu yol heç vaxt olmayıb”.

Bu sözləri Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində deyib.

Prezident bildirib ki, Azərbaycan vətəndaşları bilir ki, Şuşaya yol Ağdam üzərindən gedirdi: “Əvvəllər Şuşaya gedən yol Ağdam üzərindən gedirdi. Ağdam-Xankəndi-Şuşa yolu. Bu gün hələki bu yoldan istifadə etmək mümkün deyil. Bir daha bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!”.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …