Çərşənbə axşamı , May 11 2021
Ana səhifə / Manşet / “Füzuli şəhərindən Şuşaya yeni yol çəkirik” – İlham Əliyev

“Füzuli şəhərindən Şuşaya yeni yol çəkirik” – İlham Əliyev

“Bu gün işğaldan azad olunmuş Füzuli şəhərindən Şuşaya yeni yol çəkirik. Bu çox gözəl təməlqoyma mərasimidir, çünki bu yol heç vaxt olmayıb”.

Bu sözləri Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində deyib.

Prezident bildirib ki, Azərbaycan vətəndaşları bilir ki, Şuşaya yol Ağdam üzərindən gedirdi: “Əvvəllər Şuşaya gedən yol Ağdam üzərindən gedirdi. Ağdam-Xankəndi-Şuşa yolu. Bu gün hələki bu yoldan istifadə etmək mümkün deyil. Bir daha bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!”.

Həmçinin oxuyun

Yevlaxın icra başçısının imarətində müəmmalı intihar

Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi …