Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / “Flaminqo” cinayətini kölgədə qoyacaq, daha bir dəhşətli hadisənin izi ilə…

“Flaminqo” cinayətini kölgədə qoyacaq, daha bir dəhşətli hadisənin izi ilə…

Bu gün səhər-səhər elə buradan, yəni “feysdən” bir mesaj aldım. Bir nömrə yazılmışdı və ərkyana “mənə zəng et”,- sözləri qeyd edilmişdi. Profilə baxdlm ki, mənə yazan Faiq müəllimdir. Onu Şərurda az adam olar ki, tanımasın. Əminliklə deyə bilərəm ki, tanıyanların hamısı Faiq müəllimi yaxşı insan kimi xatırlayır. Faiq müəllim ixtisasca müəllimdir.

Ermənilər Sədərəyə hücum edəndə , əlinə silah alıb , ön cəbhədə ilk vuruşanlardan olub. Türkiyə ilə gömrük açılandan sonra isə orada ilk işləyən gömrük məmurlardan sayılır. Gömrükdə işlədiyi dönəmdə də, xalq arasında çox böyük nüfuz qazanıb. Onun artan nüfuzundan ehtiyat edənlər, Faiq müəllimin “torbasını” tikərək işdən uzaqlaşmasına nail oldular.

Bundan sonra Faiq müəllim öz ərizəsi ilə işdən uzaqlaşaraq , Bakıya köçür. Sonra məlum olur ki, onu öz xaişi ilə deyil, “işdə yol verdiyi səhlənkarlıq” adı ilə işdən xaric ediblər. 10 il Bakıda yaşayandan sonra, adı ”Flaminqo” olayında hallanan Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı işçisi 2008-ci ildə Faiq Rzayevi buradan “oğurlayaraq”, Naxçıvana sabiq daxili işlər naziri Əhməd Əhmədovun hüzuruna aparır. Hadisələr eyni “Flaminqo” olayındakı ardıcıllıqla cərəyan edib.

Sonra nə baş verdiyi inanın ki, dəhşətdi. Mən yaşananları səhər-səhər Faiq müəllimin dilindən eşidəndən sonra sözün həqiqi mənasında dəhşətə gəldim və hələ də özümə gələ bilmirəm. Onun Naxçıvana aparılmasının bir səbəbi olub. Müəllimə qarşı “vaxtilə gömrükdə işləyibsən, sənin yaxşı pulun var, gətir filan qədərini qoy ortaya”,- kimi tələb irəli sürüblər. 12 günlük işgəncədən sonra, qohum – əqraba yığışıb tələb olunan məbləğin bir hissəsini zorla toplayıb ödədikdən sonra Faiq müəllim girovluqdan azad ediblər.

Artıq bu gün mənə məlum oldu ki, sən demə , 2000-ci illərdə Naxçıvan rəhbərliyi vaxtilə MR-də yaxşı vəzifələrdə işləmiş naxçıvanlıların Bakıda “ovunu” həyata keçirən mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib. Həmin “banda”nın fərqi yalnız bu olub ki, polis mündiri arxasında gizləniblər.

Prosesə birbaşa DİN-ə rəhbərlik edən Əhməd Əhmədov, icraçı isə əslən Şahbuz rayonunun Keçili kəndindən olan, Naxçıvan DİN-də böyük vəzifədə işləmiş, sabiq OMON-çu Qasım olub.

Faiq müəllimin başına gətirilənlər “Flaminqo”olayındakılardan da dəhşətlidir. Faiq müəllim çox abırlı adamdır. Hiss etdim ki, mövzunu içtimailəşdirmək üçün mənə zəng vurmayıb, sadəcə dərdləşərək, ürəyini boşaltmaq istəyir. Ancaq mən təkid etdim ki, bu hadisəni mütləq ictimailəşdirmək lazımdır. Qoy xalqımız öz övladlarına qarşı faşistcəsinə davrananları yaxşı tanısın. Həftənin əvvəlində bomba effekti verəcək bir müsahibə təqdim edəcəm.

P.S. Hörmətli həmkarlardan xahiş edirəm ki, bu anonsu əsas götürüb Faiq müəllimə müsahibə üçün müraciət etməsinlər. Verməyəcək! Yayılmasını məsləhət bilsəniz, bizdən götürüb paylaşarsınız.

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …