Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Federasiyada qalmaqal- Güloğlan Cabbarov Adil Əliyevə etiraz etdi: “…kürəyimdən vurdunuz”

Federasiyada qalmaqal- Güloğlan Cabbarov Adil Əliyevə etiraz etdi: “…kürəyimdən vurdunuz”

Azərbaycan Kiqboksinq Federasiyasında böyük qalmaqal yaşanır. Azinforum.az-ın məlumatına görə, Federasiyanın İdarə Heyətinin sədri, millət vəkili Adil Əliyev öz “Facebook” səhifəsində qurumun bütün rəhbər strukturlarının buraxıldığına dair sənəd paylaşıb. Buna uzun müddət həmin Federasiyanın vitse-prezideti olan, tanınmış idmançı Güloğlan Cabbarov sərt reaksiya verib və atılan addımı indiki məqamda kürəyindən vurulan bıcaq zərbəsi kimi qiymətləndirib:

“Mən sizə halallıq vermirəm. Məni seckiyə 5 gün qalmış kürəyimdən vurduz . 12 il Federasiyaya təmənnasız xidmət elədim ! Bu , məncə nə dostluga , nə qardaşlığa sığar . Mən ömrümü AKF -yə həsr elədim . Hər zaman Federasiyaya maddiyatla, mənəviyatla dəstək oldum . Bu gün mənim arxalandığım Federasiyamızın rəhbəri məni seckiyə gedərkən, kürəyimdən vurdu. Yazıqıar olsun sizə !!!”

Qeyd edək ki, həm Adil Əliyev, həm də Güloğlan Cabbarov hazırda Bakının Nərimanov rayonundakı müxtəlif seçki dairələrindən deputatlığa namizədirlər və çox aktiv seçki təbliğatı aparırlar. Həm də yaxın dost olan şəxslərin məhz seçki məqamında münasibətlərinin bu şəkildə pisləşməsi belə bir sual yaradır: niyə məhz indi? Mövzuya qayıdacayıq…

Həsənxan, Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …