Bazar , Sentyabr 20 2020
Ana səhifə / Manşet / Fazil Mustafa Fəzail Ağamalının “təriqətini dəyişib” ittihamına belə cavab verdi

Fazil Mustafa Fəzail Ağamalının “təriqətini dəyişib” ittihamına belə cavab verdi

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın Şah İsmayıl Xətainin adına olan medalın ləğv edilməsi barədə çağırışından sonra yaranan qalmaqal səngimək bilmir. Fazil Mustafanın fikirləri ilə razılşamayanlardan biri də onun həmkarı Fəzail Ağamalı olub. Maraqlıdır ki, Fəzail Ağamalı Fazil bəyin belə fikirlər səsləndirməsini dindəki təriqət amilə ilə əlaqələndirib və deyib ki, bir neçə il öncə Fazil bəyə bu barədə çox sərt cavab verib: “Tarixi faktlarla əsaslandırmışam ki, Şah İsmayıl Xətainin üzərinə bu şəkildə getmək Azərbaycan tarixini, özü də şərəfli tarixini təhqir etmək deməkdir. Belə mövqe Fazil bəy tərəfindən doğru deyil. O, təbii ki, ziyalıdır, yüksək intellekti var, məlumatlıdır. Amma tarixçi deyil. Onda tarixi təfəkkür yoxdur. Şah İsmayıl Xətaini Bütöv Azərbaycanın banisi kimi dəyərləndirmək və ona hörmət etmək lazımdır. Məncə, Fazil Mustafanın Xətaiyə münasibəti təriqətçilikdən irəli gəlir. Bəlli olduğu kimi Fazil bəy, bildiyim qədəri ilə, kökü şiə olmasına baxmayaraq, Türkiyəyə gedib-gəldikdən sonra sünniliyi qəbul edib. Görünən odur ki, təriqətdən irəli gələn təriqət təəssübkeşliyidir ki, Fazil bəy hər zaman Şah İsmayıl Xətainin üzərinə gedir. Xətai Bütöv Azərbaycan dövlətinin banisidir. Müəyyən zamanda o, hakimiyyətdə olduğu illərdə Azərbaycan dilini dövlət dili elan edib. Diplomatik yazışmalarda rəsmi dil kimi dilimizdən istifadə olunub. Bu həmin dövr üçün çox ciddi bir hadisə kimi dəyərləndirilməlidir. Onunla bağlı Oqtay Əfəndiyevin, dəyərli həmkarımız, akademik Yaqub Mahmudovun ciddi araşdırmaları var. Bunu oxumaq lazımdır. Fazil bəy əgər tarixi öyrənmək istəyirsə, həmin tədqiqatlara müraciət edib, faktları öyrənə bilər. Bu, siyasət, konyunktura deyil, tarixdir. Faktiki olaraq Fazil Mustafa Şah İsmayılın üzərinə getməklə, Azərbaycan tarixinə böhtan atmaqla kifayətlənmir, onu təhqir edir. Bu yaramaz. Dəfələrlə ona demişəm ki, dayan, etmə”. “Özünə sünni və şiə deyən hər kəsi mən axmaq hesab edirəm” Göründüyü kimi, Fəzail Ağamalı həmkarının mövzuya münasibətini onun təriqətini dəyişməsi amili izah etməyə çalışıb.

Məsələyə aydınlıq gətirmək üçün Fazil Mustafanın özü ilə əlaqə saxladıq. Millət vəkili “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fəzail bəyin fikirləri ilə tanışdı: “Mən təəssüf edirəm ki, Fəzail bəy mövzunu problemin əsl mahiyyətindən kənara çəkməyə çalışır. Bu, Azərbaycan aliminin din mövzusunda nə dərəcədə məlumatsız olduğunun bir göstəricisidir. Hiss olunur ki, o mənim təriqətimi dəyiməyimlə bağlı dərindən araşdırmadan ifadələr işlədir. Özünə sünni və şiə deyən hər kəsi mən axmaq hesab edirəm. Çünki İslamda təriqət anlayışı yoxdur. Bu dini kim qəbul edirsə, özünə müsəlman deməlidir. Bu heç peyğəmbər dönəmində də olmayıb. Bizim bu yöndə nəyisə dəyişməyimiz də mümkün deyil. Söhbət əgər kiminsə hansısa fərqli formada ibadətindən gedirsə, bu da hər kəsin müstəqil seçimi ola bilər. Din, kitab, peyğəbər birdisə, əlavə yeniliklərə ehtiyac yoxdur. Mən başa düşmürən, niyə mövzunu bura yönəldirlər? Təəssüf edirəm ki, bu gün bizim bir çox vətəndaşımız tarixdən özləri üçün şah və dəyər axtarır. Azərbaycanın ən böyük dəyərlərindən biri onun müstəqil dövlətini quran Məmməd Əmin Rəsulzadədir. Bəziləri isə bunu kimin daha çox ərazi tutmağı ilə əlaqələndirməyə çalışır. Başqa dəyərimiz Dədə Qorqud mədəniyyətidir. Eyni zamanda milli baxımdan ən böyük dəyərimiz Nadir şahın gətirdiyi konsepsiyadır. O da bütün məzhəbçiliyi rədd edirdi və dinin bütövlüyünü irəli sürürdü. Əgər bir ziyalı olaraq mən xurafatı, mövhumatı dəstəkləmirəmsə, tam doğru edirəm. Düzdür, kütlə bununla razılaşmaya bilər. Amma ziyalılar kütlənin necə düşündüyü ilə hərəkət etməməlidir. Siz XIX-XX əsrlərdə yaşamış bizim mütəfəkkirlərimizə baxın. Axundovu, Zərdabini, Mirzə Cəlili, Rəsulzadəni, Əhməd bəy Ağaoğlinu oxuyun. Görün onlar həmin xurafatı qəbul ediblərmi? Necə olur ki, Seyid Əzim, Sabir belə halları tənqid edib, amma indiki müasir zamanda biz danışmağa qorxuruq? Kimlərsə özünə elmlər doktoru deyir və bunu təqdir edir. Mən dinin siyasət üstündə olmasının əleyhinəyəm. Bu, insanın vicdan azadlığı ilə bağlı olan məsələdi. Biz dini qəbul etməyənlərə də dözümlü yanaşmalıyıq. Hər hansı təriqətçilik və məzhəbçilik önə çıxarılmamalıdır. Təəssüflər olsun ki, biz əksər hallarda bu dəyərlərin təbliğində türk vücudunda irançı düşüncəni daşıyanlara rast gəlirik. Azərbaycanlıların çoxu səfəvi və başqa adlarla irançı düşüncənin daşıyıcılarıdır. Şah axtarırlarsa, elə babamız olan oğuzların ilk gəlişini təmin edən Toğrul şahı tənənnüm etsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Zakir Fərəcov mənə yazdırdığı kitabın pulunu vermir” – VİDEO

Tanınmış ictimai-siyasi xadim Mirkazım Seyidov Azinforum.az-a müsahibə verib. O, müsahibəsində son vaxtlar korrupsiya ilə mübarizə …