Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Fəzail Ağamalı gilas problemini qaldırmaqla yalnız öz qarnını düşünməyib…

Fəzail Ağamalı gilas problemini qaldırmaqla yalnız öz qarnını düşünməyib…

Mənə elə gəlir ki, İlham Əliyevin 19 illik hakimiyyəti dönəmində ölkədə belə sürətli infliyasiya olmayıb. Hətta 6 il əvvəl baş verən iki devalvasiya zamanı belə, ərzaq məhsullarının qiyməti bu cür artım dinamikası müşahidə edilməyib.

Hökümətyönlü deputat və iqtisadçılar bunun səbəbini dünyada baş verən iqtisadi və ərzaq böhranı ilə izah etməyə çalışırlar. Etiraf edək ki, balaşmada bu amilin də təsiri var, ancaq deyilən qədər də deyil.

Azərbaycanda bahalaşmanı yaradan ən başlıca səbəb monopoliya, və məmurların bu neqativliyin qarşısını almaq istəməməsidir.

Buna elə Fəzail Ağamalının gündəmə gətirdiyi gilas mövzusu kontekstindən də qiymət verə bilərik. Kənddə kilosu 1 manata satılan gilas necə olur ki, Bakıda 5-6 manata təklif edilir?

Deməli, bu balaşma heç bir iqtisadi qanunauyğunluqla deyil, bazara süni müdaxilələrlə tənzimlənir. Ən maraqlısı budur ki, bu bahalaşmaya jurnalistlərin və siyasi partiyaların ciddi müqaviməti hiss edilimir.

Sanki “belə də olmalıdır” kimi bir razılıq əlaməti müşahidə olunur. Əslində, Fəzail Ağamalı gilas mövzusunu gündəmə gətirməklə xalqın xeyrinə olan cəsarətli mövqe ortaya qoyub, ancaq görürük ki, topa tutulur.

Deputatın kifayət qədər maddi imkanının və yeri gəlsə tonlarla gilası almaq gücünə sahibi olduğunu hamı bilir. Məsələ də elə bundadır. Belə adam gözlə görünən vəhşi bahalaşmaya etiraz edəndə rezonans böyük olur.

Əslində , hakimiyyətin məntiqi budur ki, sən bizim hesabımıza milyoner olubsan, indi də ala bilmək gücündə olduğun gilasın qiymətinin bahalığına niyə etiraz edirsən? Bax, Fəzail Ağamalının linc edilməsində bu amilin də rolu böyükdür.

Məsələn, gilasın qiymətinin bahalığından mən giley etsəydim, bunu normal qarşılayardılar. Öz ürəklərində deyəcəkdilər ki, ay bədbəxt, sən bu ölkədə jurnalist olmaq yolunu seçibsənsə, elə acından ölməlisən, hələ utanmırsan kilosu 8 manata gilas da alıb yemək istəyirsən?

Fəzail Ağamalıya edilən etirazın əsas kökü qətiyyən onun bu mövzuda haqsız olduğundan qaynaqlanmır. Sadəcə, cəmiyyət hətta onun xeyrinə olan həqiqətləri belə, uzun müddət deputat kimi gördüyü eyni şəxslərin dilində eşitmək istəmir.

Bu etirazı yeni komandaya daxil olan imkanlı bir gənc deputat etsəydi , indi xalq onu qəhrəman etmişdi. Təsəvvür edin ki, belə gileyi heç də Ağamalıdan kasıb olmayan “Kontakt Home”un sahibi olan deputat Elnur Abdullayev və ya dərman monopolisti olan digər millət vəkili Ülvi Quliyev etsəydi nə baş verərdi?

Fəzail Ağamalı tonla gilas almaq gücünə sahib olsa belə, onun etdiyi etirazı haqlı sayıram. Deməli, məsələyə yalnız öz qarını kontekstindən yanaşmayıb…

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …