Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Manşet / Fərəc Quliyevin 60, rəhbəri olduğu partiyanın 20 illik yubileyi keçirilib – FOTO

Fərəc Quliyevin 60, rəhbəri olduğu partiyanın 20 illik yubileyi keçirilib – FOTO

Dekabrın 18-də Bakıdakı “Xudafərin” restoranında  Milli Dirçəliş Hərəkatı Partiyasının 20, həmin partiyanın yaradıcısı və sədr istiqlalçı millət vəkili Fərəc Quliyev 60 illik yubileyi keçirilib. Eyni zamanda,  Fərəc Quliyevin həyat və yaradıcılığından bəhs edən “Savaşımın 60 anı” adlı kitabının təqdimatı da olub.

Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra partiyanın və Fərəc Quliyevin keçdiyi həyat yolu ilə bağlı sənədli film nümayiş edilib.

Tədbirdə bir çox partiya rəhbərləri, millət vəkilləri, dövlət rəsmiləri və eləcə də ictimai-siyasi xadimlər çıxış edərək onu təbrik edib, birgə keçdikləri tarixi siyasi proseslərdən danışaraq xatirələrini bölüşüblər.

Fərəc Quliyev tədbir  iştirak edənlərə öz təşəkkürünü bildirib. Hər bir tədbir iştirakçısına “Savaşımın 60 anı” adlı kitab hədiyyə edilib.

Həmçinin oxuyun

Hər ay tonlarla “Milla” məhsulu yararsız çıxır – Tam siyahı

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız …