Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Eynulla Fətullayev yenidən “oğru” dostu ilə görüşdü-FOTO

Eynulla Fətullayev yenidən “oğru” dostu ilə görüşdü-FOTO

Haqqin.az və Virtualaz.org  saytlarının təsisçisi,  jurnalist Eynulla Fətullayev  kriminal aləmin liderlərindən sayılan “Quli” ləqəbli  “qanuni oğru” Nadir Səlifovla yenidən görüşüb. Qeyd edək ki, “oğru” titulunu daşıyan Nadir Səlifov uzun sürən həbs həyatından sonra azadlığa buraxılıb, elə həmin vaxtdan da Türkiyədə yaşayır. Eynulla Fətullayev bundan əvvəl də “Quli” ilə görüşdüyünə dair fotoları ictimailəşdirib. Sonuncu görüş barədə də, o, öz sosial şəbəkələrdəki hesablarında təqdim etdiyimiz fotonu paylaşıb və belə sözləri yazıb: “Qardaşım “Quli” ilə. Bu, qeyri -adi insanla olan hər görüş, unudulmaz xatirələr yaşadır. Bizim dostluğumuzun 14 illik tarixi var”.

Azinforum.az jurnalistin paylaşdığı fotonu təqdim edir.

 

 

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …