Sosial şəbəkələrdə Türkiyədə yaşayan “Lotu Quli” ləqəbli qanuni “oğru” Nadir Səlifovun maraqlı videogörüntüləri yayılıb. Sözügedən videoda ən diqqət çəkən məqamlardan biri isə ondan ibarətdir ki, Türkiyədə dənizkənarındakı gəzinti zamanı “Quli”ni müşayiət edənlərin arasında tanınmış jurnalist Eynulla Fəatullayevin də olmasıdır. Kadrlardan görünür ki, Eynulla Fətullayev dənizkanarındakı gəzinti zamanı hətta məşhur Azərbaycan bəstəsi olan “Bu qala daşlı qala” mahnısını da oxuyur. Azinforum.az həmin görüntüləri təqdim edir.
Rövşən ƏLİ,
Azinforum.az