Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Manşet / #Evalmaqhaqqımızdır!- jurnalistlərin təşəbbüs qrupu yaradılıb

#Evalmaqhaqqımızdır!- jurnalistlərin təşəbbüs qrupu yaradılıb

Məlum olduğu kimi, bu günlərdə  bir qrup media və QHT nümayəndəsi Prezident, Ali Baş Komandan İlham Əliyevə  müraciət edərək,  Azərbaycan Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 iyul 2013-cü il tarixli sərəncamı ilə inşa edilmiş və artıq istismara hazır olan  üçüncü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsini təklif ediblər. Halbuki, müraciətə imza atan 38 nəfərdən 11 mətbuat nümayəndəsinin nəinki paytaxtın ayrı-ayrı  yerlərində şəxsi villaları var, üstəlik  dövlət büdcəsi hesabına jurnalistlər üçün inşa edilmiş  I və II binada 3 və 4 otaqlı mənzillər almışlar. Onları əksəriyyəti ya həmin mənzilləri satmış, ya da ki, ayrı-ayrı şəxslərə  kirayəyə verməkdədirlər.

Azinforum.az xəbər verir ki, bu fikirlər  “#Evalmaqhaqqımızdır!” jurnalistlərin təşəbbüs qrupunun bu gün yaydığı məlumatda yer alıb.“Sözügedən müraciət uzun illərdən bəri  mətbuatda çalışan, lakin aldıqları maaşla öz mənzil şəraitlərini yaxşılaşdıra bilməyən  böyük jurnalist odrusu tərəfindən ciddi etirazla qarşılanmış, sosial şəbəkə və internet televiziyalarının qızğın müzakirə mövzusuna çevrilmişdir.Həmin müraciətə etiraz edən jurnalistlər sosial şəbəkədə  “Ev almaq haqqımızdır!” təşəbbüs qrupu yaradaraq,artıq onu hərəkata çevirməkdədirlər.Məqsəd isə  kimlərinsə təhriki ilə başladılan təhlükəli planın- Azərbaycan Prezidenti İlham Əliyevə qarşı  başladılan bu təxribatın qarşısını almaq, dövlətçiliyi müdafiə etmək,jurnalistlərlə şəhid ailələri və qazilər arasında  nifaq salmağa çalışanlara layiqli cavab verməkdir.Yarandığı ilk gündən qısa müddət keçməsinə baxmayaraq 150-dən artıq  jurnalist bu qrupa daxil olaraq  dövlətçiliyin və Prezidentin yanında olduqlarını ifadə etmiş, dövlət başçısına  müraciət imzalamışlar.Ötən gün, iyulun 26-da  “Ev almaq haqqımızdır! jurnalistlərin təşəbbüs qrupunun ilk içlası keçirilib. İclasda  dövlətçilik əleyhinə yönəlmiş belə təxribatların qarşısının alınmasında qüvvələri səfərbər etmək, eləcə də jurnalistlərlə  əlaqələri  koordinasiya etmək  məqsədil ilə 5 nəfərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupunun  üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:

1.Mətanət Əsgərqızı (Cəfərova) – müstəqil jurnalist, Yeni Zaman TV- nin rəhbəri

2.Ləman Ələşrəfqızı – əməkdar jurnalist, LAF TV

3.Səlim Balayev- Yeniavropa.az saytı, şef-redaktor, I Qarabağ müharibəsi veteranı

4.Elvin Basqallı – Space TV, aparıcı

5. Cəsarət Hüseynzadə, QHT.az saytının baş redaktoru

İşçi Qrupu  fəaliyyəti ərzində sosial şəbəkələrdə aktivlik nümayiş etdirək  jurnalistləri belə təxribatçı hərəkətlərə qarşı səfərbər edəcək, dövlətçiliyi müdafiə edərək media nümayəndələrini Prezident İlham Əliyevin ətrafında sıx birliyə səsləyəcək.Eyni zamanda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan KİV nümayəndələri tərəfindən “Ev almaq haqqımızdır! jurnalistlər qrupuna daxil olan müraciətlərə baxacaq, onları sistemləşdirəcək, jurnalistlərin yaşadıqları ünvanlara gedəcək, ailə vəziyyəti  və faktiki mənzil şəraiti ilə  yaxından tanış olacaq.  Bütün bu araşdırmalardan sonra  mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulan jurnalistlərin yekun siyahısını tərtib edəcək. Hazırlanacaq siyahıda jurnalistin yaşı, iş stajı, ailə üzvlərinin sayı,onların yaş həddi və  mənzilin sahəsi qeyd olunacaq.  Daha sonra  həmin siyahı  “Ev almaq haqqımızdır! jurnalistlərin vatsap  qrupunda açıq müzakirəyə təqdim ediləcək. Səslənən irad və təkliflər İşçi Qrupu tərəfindən yenidən nəzərə alınmaqla YEKUN siyahı hazırlacaq və jurnalistlər adından Prezidentin Administrasiyasına göndəriləcək.Əziz həmkarlar, ümid edirik ki, belə “ələkdən keçirilmiş“ siyahı Prezident Administrasiyasında da müsbət qarşılanacaq .Çünki, hamımız yaxşı bilirik ki, dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilmiş  əvvəlki  iki binada hansı yollarla kimlər bizim haqqımıza girərək  mənzillərə  sahibləniblər.Qoy əvvəlki iki binadan fərqli olaraq,  bu dəfə həqiqətən də,  mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan  jurnalistlər haqq etsinlər!Bu işdə bizə dəstək olan bütün həmkarlarımıza təşəkkür edirik!”- deyə məlumatda vurğulanır.

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …