Bəs, Gözəl Dəmirov kimdir?

Onun barəsində internetdə araşdırma aparanda məlum olur ki, Dəmirov Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisidir. O, DİN-də bu vəzifədə 90-cı illərin əvvəllərində çalışıb. İstefada olan polkovnikdir. Qardaşı Bakı Soyuducular Zavodunun direktoru olub. Qeyd edilir ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda da biznes işləri var.

Dəmirovun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Eyni zamanda onun haqqında belə xəbərlər yayılıbmış ki, G. Gəmirova görə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb.

AzNews.az