Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Manşet / “Ermənistan yenidən razılaşmanı pozmağa çalışarsa, növbəti dəfə zərbə alacaq”

“Ermənistan yenidən razılaşmanı pozmağa çalışarsa, növbəti dəfə zərbə alacaq”

“Bəyanatın 5-ci maddəsinə uyğun olaraq biz Rusiya ilə birlikdə memorandum imzaladıq. Önümüzdəki günlərdə Rusiya ilə bu işin detallarını danışacağıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mərkəz Azərbaycanın torpaqlarında, Azərbaycanın dediyi yerlərdə olacaq: “Ümid edirik ki, Ermənistan keçmişdəki hərəkətlərindən dərs alıb. Səmimi deyirəm ki, bundan Ermənistan xalqı da faydalanacaq. Bundan hər kəs faydalanacaq. Biz atılacaq addımları Azərbaycanla birlikdə koordinasiya edəcəyik”.

“Azərbaycanda özümüzü Vətənimizdəki kimi hiss edirik. Müharibədə qazandığımız qələbə münasibətilə Azərbaycan Prezidentini, Müzəffər Ordunu və Azərbaycan xalqını təbrik edirəm. Mmüharibəni istəyən Ermənistan olmuşdu.

Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəslə bağlı bəyanat imzalanıb. Bundan əvvəl də 3 dəfə atəşkəs imzalanmışdı. Hamısını da pozan Ermənistan olub. Ermənistan yenidən Qarabağla bağlı razılaşmaları pozmağa çalışsa, yenə zərbə və dərs alacaq. Azərbaycan həmişə məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarı olub. Biz əvvəldən də deyirdik ki, Azərbaycan hansı qərarı qəbul edirsə etsin biz onun yanındayıq”, – Çavuşoğlu əlavə edib.

O bildirib ki, işğal edilmiş Azərbaycan ərazilərinin tamamı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var.

“Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində “həm qadirik, həm hazırıq” deyirsə, Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbir edib”, – o qeyd edib.

Həmçinin oxuyun

“Demişdim ki, sənin yeddi şərtini zibil yeşiyinə atıram”

“Hesab edirdilər ki, bu torpaqları əbədi saxlayacaqlar. Hesab edirdilər ki, vaxt keçəcək, nəsillər dəyişəcək. Azərbaycan …