Bazar ertəsi , Noyabr 18 2019
Ana səhifə / Manşet / Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmədi

Ermənistan parlamenti Nikol Paşinyanı baş nazir seçmədi

 Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Azinforum.az-ın xəbərinə görə, baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.

Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

Beləliklə, Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

Həmçinin oxuyun

Təhsil ekspertindən maraqlı davranış: “Məni toya dəvət etməmisən, səni biabır edəcəm”

Məlum olduğu kimi, cəmiyyətdə təhsil eksperti kimi tanınan Etibar Əliyev adlı şəxs son günlər QHT-lərə …