Cümə , Yanvar 22 2021
Ana səhifə / Manşet / “Ermənilər ölülərinin qarnına bomba bağlayırdılar ki, biz yaxınlaşıb tərpədəndə, partlasınlar”

“Ermənilər ölülərinin qarnına bomba bağlayırdılar ki, biz yaxınlaşıb tərpədəndə, partlasınlar”

Aşağıda oxuyacağınız sətirləri Azərbaycan ordusunun rəşadətli hərbçilərindən biri – İqbal Səfərov yazıb. O, keşməkeşli döyüş yolu keçib, başına gələnlərin bir hissəsini sadə, axıcı, ən ümdəsi səmimi şəkildə yazıya alıb. İqbal qardaşımız Azərbaycan ordusunun 44 günlük müharibədə hansı səbəbdən qalib gəldiyini uzun-uzadı təfərrüata varmadan ifadə edib. Yazını oxuyanda həmin suala cavab tapacaqsınız.

***

Mən 1985-ci ildə Naxçıvanda anadan olmuşam. Orta təhsilimi orda almışam. 10-cu sinifdə nazirliyə məktub yazıb, bütün proqramı öyrənib bitirdiyimi bildirdim. Məni imtahan edib, 11-ci sinfi oxumağa ehtiyac görmədilər.

Universitetə yüksək balla girib, oranı Inzibati Idarəetmə və Gömrük Ekspertizası ixtisası üzrə qırmızı diplomla bitirdim. Hərbi xidmətimi tağım komandiri olaraq bitirib, leytenant hərbi rütbəsi ilə ehtiyata buraxıldım.

Sonra imtahanla (ən yüksək balı toplayaraq) Gömrük Komitəsinə işə qəbul oldum. 8 il Komitədə müxtəlif vəzifələrdə çalışdım və gömrük mayoru rütbəsinə qədər yüksəldim. Amerika-Meksika sərhəddində təlimlərdə iştirak edən zaman magistratura təhsili almağa qərar verdim.

Bir neçə universitetə təqaüdlü şərtlərlə qəbul olsam da, İtaliyanın Roma di Sapienza Universitetində oxuyacağım üzərində düşünürdüm. Lakin sonra Amerikadakı dostlarımın təkidi ilə onların yanına getməyə qərar verdim.

Gömrükdə çalışdığım illərdə Amerikada ATƏT-in təcrübə proqramlarında iştirak etmişdim. Bir az ölkəyə bələd idim. Növbəti dörd ildə Amerika və Kanadada müxtəlif işlərdə çalışdım.

Müharibə başlayanda Bakıda idim. Kanadaya qayıdıb işimə davam etməyimi pandemiya gecikdirirdi. Lakin müharibə başlayan kimi könüllü olaraq döyüşə yollandım. Füzuli, Xocavənd, Hadrut, Laçın dəhlizi və Şuşa döyüşlərində iştirak etmişəm.

Şuşaya girmək üçün 39-50 kiloluq minaatanlarla birgə 40 kilometrlik meşə, dağ yollarını qət etməli idik. Gecələr irəliləyirdik. Ən böyük üstünlüyümüz qorxusuz olmağımızda idi.

Bütün döyüşlərdə əsas silahımız inam olub. Düzdü, hər şeyə hazır idik. Müharibə insan həyatının çətin sınağıdı. Az əvvəl söhbət etdiyimiz döyüş yoldaşlarımız gözümüzün qabağında şəhid olurdu.

Ermənilər ölülərinin qarnına bomba bağlayırdılar ki, biz yaxınlaşıb tərpədəndə, partlasınlar. Biz dəhşətə gəlirdik. Nə olur olsun, insan həmvətəninə qarşı necə belə nanəciblik edə bilər?

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …