Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Manşet / Ermənilər hələ də Günnüt əməliyyatının təşvişi içərisindədirlər

Ermənilər hələ də Günnüt əməliyyatının təşvişi içərisindədirlər

Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası Şərur rayonun Günnüt kəndi və ətrafındakı ərazilərdə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar hələ də Ermənistan vətəndaşlarını narahat edir. Təbii ki, daha çox muxtar respublika ilə sərhəddə yerləşən kəndlərin sakinləri bununla bağlı hökumətə öz narazılıqlarını bildirilər. Onlardan bəziləri mətbuat konfransı da keçiriblər. Amma Ermənistan mediası bu cür tədbirləri geniş ictimaiyyət üçün işıqlandırmır. Belə ki, Zankakatun kənd özünümüdafiə dəstəsinin komandiri Jora Mkrtiçyan və Zankakatun doğumlu tarix elmlər namizədi Armen Karapetyan mətbuata müsahibəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ilə sərhədyanı Ermənistanın Ararat vilayətinin Zankakatun (keçmiş Sovetaşen) kəndinin çox çətin və mürəkkəb vəziyyətdə olduğunu qeyd ediblər. Armen Karapetyan bildirib ki, sərhədyanı kənd 25 ildən artıq müddətdə dinc şəraitdə yaşayıb və sərhəddə heç bir gərginlik olmayıb. Bu ilin yanvar ayından başlayaraq vəziyyət tamam dəyişib: “1991-1992-ci illərdə azad edilmiş ərazilər, müəmmalı və anlaşılmaz şəkildə Əlahiddə Ümumqoşun Ordunun nəzarətinə keçib. Kənd sakinləri bütün bunların necə baş verməsindən narahatdır. Azərbaycan tərəfi dinc şəraitdə yenidən bu ərazilərə yiyələndi. Kənd əmin-amanlıq şəraitində yaşayırdı, heç bir gərginlik yox idi. Erməni ordusunun mövqeləri əldən çıxdıqdan sonra, bu barədə keç kim izahat vermir. Kənd və ətraf yaşayış məntəqələri gərginlik içərisindədir. Bu mövqelərin düşmən əlinə necə keçdiyinə qeyri-müəyyən cavablar verilir”- erməni tarixçi belə deyib.

Özünümüdafiə dəstəsinin sabiq komandiri Jora Mkrtiçyan isə bu ərazilərin necə “azad edildiyini” xatırlayır. O, tələb edir ki, hakimiyyət bu ərazidən müşahidə məntəqələrinin nəyə görə çıxarılmasına və müqavimət göstərilməməsinə izahat verməlidir: “1991-ci ildə VazqenSarkisyanın əmri ilə Günnüt kəndi nəzarətə götürülmüş, hakim yüksəkliklərdə mövqelər qurulmuşdu. Onlar 50 hektar ərazidə irəli gələrək 6-7 post qurublar. Son bir həftə ərzində iki nəfər yaralanıb. Yanğınlar baş verir. Biz o zaman bu əraziləri “azad edəndə” Vazqen Sarkisyan (keçmiş müdafiə naziri) bu ərazilərin çox təhlükəli olduğunu demişdi. İndi bu ərazidə azərbaycanlılar oturublar, Yerevan-Yeğeknadzor magistralını snayper atəşi altında saxlaya bilirlər. Vaxtilə qan tökülərək alınmış ərazinin düşmənə hədiyyə edilməsi utancvericidir. Ölkə rəhbərliyindən heç kim bu barədə izahat vermir. Zankakatun istiqaməti qaynar nöqtəyə çevrilib, atəş açılır, yanğın baş verir. Bu istiqamətdə Azərbaycan tərəfi çox aqressivdir. Bir vaxt Müdafiə naziri də gəldi, vəziyyətlə tanış oldu, dedi ki, narahat olmayın, qorxmayın və çıxdı getdi. Ancaq vurula bilər deyə bu yay boyu heç bir kombaynçı sahəyə çıxmaq istəmirdi”.

Qeyd edək ki, sözügedən mətbuat konfransı Ermənistan mətbuatında geniş işıqlandırılmayıb. Mətbuat konfransında cəmi 3 jurnalist iştirak edib.

(nuhcixan)

Həmçinin oxuyun

Bu şəxslər dekabrın 2-dən hərbi xidmətdən tərxis edilir – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında …