Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Elvin Abbasovun İrana bağlı medianın bossu olan “Hacı Mətləb”lə əməkdaşlığı qalırmı?

Elvin Abbasovun İrana bağlı medianın bossu olan “Hacı Mətləb”lə əməkdaşlığı qalırmı?

Məlum olduğu kimi, Daxili İşlər Nazirliyi Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” TV-nin Bakı ofisi də olub.
Əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

Qeyd edək ki, “İnterAz” telekanalına “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov rəhbərlik edir.
Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun İranın Qum şəhərində və Suriyada dini təhsil aldığına dair məlumatlar var.
Mətləb Bağırov həm də “SalamNews” İnformasiya Agentliyinin təsisçisidir. Onun iş adamı kimi biznes obyektlərinə sahib olduğu da bildirilir.
Azinforum.az-ın bu media qurumları ilə bağlı apardığı araşdırma zamanı diqqətimizi bir fakt cəlb etdi. Məlum oldu ki, Mətləb Bağırovun yaxın dostu və mediadakı əsas dayaqlarından biri də Elvin Miribadət oğlu Abbasov adlı şəxs sayılıb. Hətta bu şəxsin “SalamNews”u ilk quranlardan biri olduğu bildirilir. Hazırda Elvin Abbasov barədə yayılan məlumatlarda onun adı iş adamı, İKT mütəxəsissi və bəzi media qurumlarının təsisçisi kimi qey edilir. Elvin Abbasovun şəxsi “Vikipedia” məlumatlarında bunlar yazılır:

“13 iyul 1982-ci ildə, Azərbaycan SSR-in Cəlilabad rayonunda ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq dövrünün bir hissəsini Naftalan şəhərində, 1993-cü ildən etibarən Türkiyə Respublikasının Trabzon şəhərində yaşamışdır. Türkiyədə yaşadığı müddətdə Türkiyənin tanınmış şirkətlərində kompüter mühəndisi, şöbə müdiri və direktor olaraq fəaliyyət göstərmişdir.
2006-cı ildə vətəni Azərbaycana qayıdaraq ilk öncə fərdi sahibkar olaraq fiziki şəxs kimi qeydiyyatdan keçmiş və daha sonra “INTERLAND Company” MMC adlı şirkətləri təsis etmişdir. 2009–2013-cü illərdə “SalamNews” İA-də texniki direktor və direktor vəzifəsində çalışmışdır. 2013-cü ildən “Vision TV” MMC şirkətini təsis edib. 2015-ci ildə “Bələdiyyələrin vahid ödəmə sistemi”ni yaradaraq bu sistemə 36 bələdiyyə və 11 Payment şirkətini qoşmuşdur”.
Həm Mətləb Bağırovun , həm də Elvin Abbasovun əslən eyni rayondan olması və ikincinin təsis etdiyi “İnterland” adlı şirkətlə “İnterAz” adının uyğun gəlməsi də diqqət çəkir. Təəssüflər olsun ki, son iki gün ərzində Elvin Abbasova etdiyimiz zənglər cavabsız qaldı. Elvin Abbasovun hazırda barələrində araşdırmalar aparılan “SalamNews” informasiya agentliyi və “İnteraz” TV-də mühüm söz sahibi olduğunu zamanında həmin media quruluşlarında çalışan həmkarlarımız da təsdiqləyir. Hər halda, yaranan bəzi suallarla bağlı Elvin Abbasovun özünün mövzuya münasibətini öyrənmək yaxşı olardı…
Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …