Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Manşet / Eldar Həsənovdan sonra növbədə Zakir Qaralovdur- Qaralov Baynəlxalq Banka olan 700 milyon borcunu ödəmir

Eldar Həsənovdan sonra növbədə Zakir Qaralovdur- Qaralov Baynəlxalq Banka olan 700 milyon borcunu ödəmir

Baş prokuror vəzifəsi  istənilən bir dövlətdə  çox yüksək vəzifədir. Müstəqillik tariximizdə  4 Baş prokuror olub.
Birinci Baş prokurorumuzİxtiyar Şirinov olub. Onu Surət Hüseynov Gəncədə  döyüb zirzəmiyə salmışdı. 
İkinci Baş prokurorumuz Əli Ömərov olub. Onunla bağlı rüsvayçılıq isə  hamıya bəllidir. 
Üçüncü Baş prokurorumuz ( 1995-2000-ci illər )Eldar Həsənov hazırda məhbus həyatı yaşayır. 
Dördüncü Baş prokurorumuz ( 2000-2020-ci illər ) Zakir Qaralov isə hazırda evində oturub nəsə gözləyir. 

Təsəvvür edirsiniz bu adam 20 il Baş prokuror olub.
Zakir Qaralovdan  əvvəlki  Baş prokurorların başına gələnləri qeyd etdik. 
Görək, Zakir Qaralovu nə gözləyir ?
Digər Baş prokurorlar çox az, 2-3 il, ən çoxu 4-5 il işləyiblər. Qaralov isə 20 il. Deməli, məntiqlə Qaralovun cəzası daha ağır olmalıdır. 
Və Azərbaycan tarixində ən nüfuzsuz Baş prokuror Qaralov olub. 
Qaralovun dövründə  nə qədər qanunsuzluqlar baş verib, üstü açılmayan qətl hadisələri, rüşvət və korrupsiyanın tüğyan elədiyi dövr olub. 
Bütün bunlar azmış kimi  Zakir Qaralov  Baş prokurorluqdakı  kabinetini “Akkord”  şirkətinin ofisi kimi istifadə edirdi. 
Təsəvvür edirsiniz, Baş prokuror  tikinti biznesi ilə məşğul olur və bunu gizlətmir də.
Zakir Qaralov Baş prokurorluqdan çox Akkord şirkətinin tikinti meydançalarında olur, haqq-hesabları yazır və ayın sonunda pulları qəbul edirdi. 
Cənab Baş prokuror  Beynəlxalq Bankdan götürdüyü təxminən 700 milyon manat vəsaiti hələ bu gün də geri qaytarmayıb. Buna görə, Qaralov qaynı ilə əlbəyaxa olublar. 
Görəsən, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev  məhkum həyatı yaşadığı halda, nə üçün banka 700 milyon borcu olan Baş prokuror asudə həyat sürür ? 

Həmçinin oxuyun

Altı il məhkəmələrdə mübahisələndirilən bir iş – Rafiq İdrisov niyə və kimə görə təqib edilir? +VİDEO

Rusiya Fedrasiyası Dağıstan Respublikası, Dərbənd rayonu, Padar kəndinin sakini İdrisov İdris Kerimoviç  Azərbaycan Prezidenti İlham …