Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Manşet / Eldar Həsənov meydan oxudu: “Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var…”

Eldar Həsənov meydan oxudu: “Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var…”

Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəməsi keçiriləcək.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq.

***

Məhkəmə Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda əyləşməsi ilə bağlı vəkilin qaldırdığı vəsatəti təmin edib.

Bunu Eldar Həsənovun vəkili Adəm Məmmədov deyib.

“Sabiq baş prokuror və səfir Eldar Həsənov vəsatətimizə əsasən şüşə qəfəsdən çıxarılaraq zalda əyləşdirildi”, – vəkil bildirib.

Vəkillər Eldar Həsənovun səhhətində problemlər olduğunu bildiriblər. Müdafiəçilər bu əsasla onun ev dustaqlığına buraxılaraq xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəsatət veriblər. Vəkillərin digər vəsatəti isə prosesin qapalı keçirilməsi ilə bağlı olub.

Məhkəmə vəsatətləri təmin etməyib.

Eldar Həsənov bildirib ki, məhkəməyə ağrılarla gəlir: “Bu günədək Azərbaycanda səfir həbs olunmayıb. Əgər sağ qalsam, mübarizəmi sona qədər aparacağam. Əgər ölsəm, nəslimdə 61 hüquqşünas var. Ən azı onlardan biri mənim hüquqlarımı müdafiə edəcək. Bunu vəsiyyətimə də yazmışam.

Mənim məhkəmədə verəcəyim ifadə Azərbaycanın dövlətlərarası münasibətlərinə mənfi təsir edə bilər. Ona görə xahiş edirəm ki, proses qapalı keçirilsin”.

Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …