Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Manşet / DYP-nin Salyan postunda rəzalət: “Salyanlısansa get…” – Video

DYP-nin Salyan postunda rəzalət: “Salyanlısansa get…” – Video

Jurnalist Məhəmməd Türkmən DYP-nin Salyan postunsa rastlaşdığı maraqlı hadisə ilə bağlı status yazıb və şərh bölümündə həmin hadisənin videosunu paylaşıb:

“Qəsdən iki əlimi sükana qoydum. Bilirdim ki, məni xam bilib postda (Salyan) saxlayacaqlar və elə də oldu. Dayanmışam, polis maşına tərəf gələ-gələ əlindəki cihaza (ya da telefon idi) nəsə yazır. Yaxınlaşdı və dedi ki, sürət məhdudiyyəti 70 olan yolda 92 ilə sürmüşəm (hazır şeydir, hər dəfə ora maşının nömrəsini əllə yazır və lox axtarır). Bunu deyib əlində sadəcə maşının nömrəsi yazılmış hazır mesaj kimi bir şey göstərdi. Dedim necə yəni? Ardınca dedi “Salyanlısan?” dedim ki, hə. Dedi “onda get” 😀 Bax, kimə gəlirsən sən? Mən sürət həddini aşam və sən məni buraxasan? Mümkün deyil. Sadəcə press yazısını, kameranı gec gördü və bildi ki, alınmayacaq. Özü də rəqəmi elə deyir ki, “şirinlik” almağa yer olsun da. 90 olsa zatən cəriməsi 9 manatdır. Çox “hörmətli” postda duran, camaatdan bu yolla pul qoparan polislər. Camaat çörəyi qulağına yemir. Siz də bu cür yolla qazandığınız çörəyi balanıza yedirməyin, ayıbdır”.

Azinforum.az hadisə yerindən paylaşılan həmin videonun linkini təqdim edir:

https://youtube.com/shorts/xPihBgGbxSQ?feature=share

https://vt.tiktok.com/ZSR29eeEB/?k=1

Həmçinin oxuyun

Sumqayıtın “tender kralı” Hümbət Məmmədxanov niyə yalan danışır? – Səs yazısı

Bugünlərdə Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara …