Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Manşet / Direktor Bəyaz Novruzova Qarabağın Həcərindən nə istəyir?- Nazirə müraciət

Direktor Bəyaz Novruzova Qarabağın Həcərindən nə istəyir?- Nazirə müraciət

Cəmiyyət arasında Qarabağın Həcəri kimi tanınan Səbirə Mahmudova öz “Feysbuk” hesabında təhsil naziri Ceyhun Bayramova ünvanladığı müraciətin mətnini yayıb.  Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Təhsil Naziri cənab Ceyhun Bayramova.
Möhtərəm nazir, 20 gündən artıqdır ki, Binəqədi ərazisində, şəhid Q.Baxşıyev adına 179 saylı məktəbin yeni direktoru Bəyaz Novruzovadan narazılıqımı, həm Baki Təhsil İdarəsinə, həm nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə bildirmişəm. Məsələnin direktor tərəfindən süni şişirdilməsindən,yuxarı instansiyaların, məsələn, Binəqədi rayon təhsil üzrə kurator Şirindil müəllimin də problemi üstündən atması ailəmizi narahat duruma salıb. Belə ki, şəhər təhsil idarəsində qeydiyyatdan keçirilmiş nəvəm Qasımzadə Ramal-Ruad hazırlıq keçdiyi müəllimin qrupuna salınmadıqdan, amma uşaqın həmin müəlliməyə öyrəşdiyindən, digər qrup müəllimini tanımadıqından, ayrılan sinif otaqının dar, kompüter və monitor sistemi yoxluqundan, direktora dəfələrlə müraciət etsək də, müxtəlif bəhanələrlə rədd edilmişik. Hansı ki, dərs ilinin ilk günləri mənə söz versə də, sonralar sifariş göndərdi ki, mənə “yuxarılardan” desinlər edim…

Dövlətimiz və millətimiz qarşısında mənim yetərli xidmətlərimi bu xanım heçə sanmışdi. Mən “yuxarıdan”adam axtararkən, Femida.az və digər saytlar mənə olan haqsızlıqı xahişimlə yaydılar. Amma bu direktor, təzə çantası əlində məktəb koridorlarında göz yaşı tökən, bacısının ibtidai sinif müəlliməsinin qrupundan ötrü hər gün aqlayan nəvəmi görməzdən gəldi. Ayağına neçə-neçə hörmətli adamları minnətə gətirdib (bunu uşaqın digər nənəsi etmişdi) problemi guya Bakı təhsil idarəsində həll edəcəyini söyləsə də,sonda mənim acıqıma etməyəcəyini elan edir və bundan həzz alırmış…

Cənab nazir, Qarabağ səngərlərinə mən 12 il Bərdə rayon mərkəzində yerləşən 3 saylı məktəbin tədris hissə rəhbəri işləyərkən qatılmışdım. Ermənistandan ilk köçlər Bərdəyə töküləndən bugünədək ayaqdayam. 30 ildir bu Dövlət və Millət yolunda çəkdiyim təmənnasız əziyyətim hamının gözü önündə olub. Mərhum prezidentimiz H.Əliyev vaxtilə, Gəncədə görüşümüz zamanı demişdir: “Tək Qarabaqın yox, Azərbaycanın Həcərisən”.
Müharibənin qaynar nöqtələrindən keçmiş şəxsəm. Baxın, budurmu, bizlərə  göstərilən qayğı? Mən nə böyük təmənada bulundum ki ?
Bu gün mənim ilk oqul nəvəm,g ələcəyın hərbçisi hansı mənəvi yaraları aldı, bilirsizmi?
İllərlə mən evimdə 3 övladıma qayğı  göstərməməyimin haqqını beləmi almalıydım?
Bu məktəb direktoru bilirmi ki,  rəhbəri olduğu məktəbin adını daşıyan şəhidin ruhu nə qədər nigaran qalıb, çünki mənim qollarim üstündə neçə belə oqullar son nəfəsini veriblər, nə qədər şəhid aparmışam qapılara…

Ceyhun bəy!  Bərdənin Yeni Daşkənd kəndinə apardıqim şəhidin bacısı mənim sinəmə neçə zərbələr vurmuşdu ki, niyə sən ölməmisən, qardaşimı gətirmisən?
Qaxı n Muxaq kəndinə apardıqım şəhidin anası məni qapısinda görəndə, dəfndən sonra 17 yaşlı axırıncı oqlunu yanıma qoşmuşdu ki, apar. Amma mən o gənci Şəki postuna təhvil vermişdim, tək Ana üçün.

Cənab nazir, bu yazının yayılacaqını bidiyimdən, məqsədim, digər əvəzedilməz, adları qalmaqallarda, rüşvətlə hallanan direktorlara yerlərini göstərməkdir.
Bu günlər ərzində,bir daha əmin oldum. Bəyaz xanim düşünür ki, bizlərin, qanımızi, canımızı torpaqa qurban deyən insanların, səsini eşidən olmayacaq. Amma 2 il ərzində 3 məktəbə təyinat alan direktor düşünmədi, Qarabaqın Həcəri adıyla ölkədə tanınmış bir xanımla  bu cür “zarafat”  etmək olmaz, onun nəvəsinə bu zülmü etmək heç olmaz, Hansı ki, bu körpənin babası da Daxili Qoşunlar sırasında müharibədə can qoyub, adı kitablara düşüb, elə indiki komandanla birgə döyüşüb.

Hörmətli nazir! Ərazimizdəki başqa məktəblərdə rus bölməsi yoxdur. Bizim də imkanımız o qədər böyük deyil ki, mən bu uşaqı ordan şəhər məktəbinə dəyişim,bu tixaclı yollarda, özü də bu yaşımda.
Amma,ümüd edirəm ki, bu mövzu, diqqətinizi çəkəcək, məni şəxsən dinləyəcək, onun nələr söyləyədiklərini məndən eşidəcəksiniz.
Onu da yada salım ki, 1994 cü ildə Murovdakı vəziyyətlə əlaqədar, mərhum prezidentimizə yetirdiyim xəbər də, digərləri kimi gerçək olduqundan, mənim haqqımda onun dedikləri  bunlar olmuşdu : “Ağ kaqıza qol çəkib, Həcərə verərəm…”
“Qurtuluş” sənədli filmlərində onun yanında çıxış edən hərbi formalı qadın da mənəm. Haqqımda da internetdə kifayət qədər material var. Aprel döyüşlərində 45 gün Bakıya dönmədim, vurulan yurdumda – Tərtərdəki ata ocaqımda oturdum, camaatımın arasında oldum, şəhid dəfnlərində iştirak etdim, 64 yaşında belə. Bəyaz xanımla da maraqlanıb müqayisə aparmağınız yerinə düşəcək…
Hörmətlə: Qarabaqın Həcəri”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləçməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Öz “obyektində” bıçaqlanan sahibkar nazir Ramil Usubovdan kömək istədi: “Onların əvəzinə məni həbs etmək istəyirlər”- VİDEO

Cəbrayıl rayonundan məcburi köçkün olan sahibkar Səfiyev Nürəddin İzaməddin oğlu Azinforum.az İnformasiya Portalına müraciət  edərək,  …