Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Manşet / Diasporumuzda “Talış – Muğan Respublikası” təhlükəsi – VİDEOLAR

Diasporumuzda “Talış – Muğan Respublikası” təhlükəsi – VİDEOLAR

Dünyada gedən informasiya müharibəsinin son vaxtlar daha da şiddətləndiyi hamıya məlumdur. Hərtərəfli bu müharibədəki haqq mübarizəsində xalqımızı xarici ölkələrdə təmsil edən diaspor qurumlarımızın apardıqları böyük işlərin miqyas ölçüsü, 44 günlük Vətən Müharibəsinin son nəticəsində də, öz əksini tapdı — 30 il düşmən tapdağında inləyən Qarabağ uğrunda gedən mübarizədə tarixi qələbəyə imza atdıq. Halbuki informasiya müharibəsindəki son uğurları əvvəlcədən əldə etsəydik, mənfur düşmən qüvvələr tərəfindən illər öncə işğala məruz qalan Qarabağımız uğrunda apardığımız savaşda bu tarixi qələbəni çoxdan qazanardıq.

WhatsApp Image 2021 01 08 at 00.07.47

Çox təəssüf ki, ötən bu 30 ildə bu informasiya müharibəsində əllərinə əsas silahı götürən diaspor qurumlarımız arasında birlik olmadı. Konkret desək, xaricdəki təmsilçilərimiz belə iqtidara, müxalifətə və digər qruplara bölünərək, vahid mövqedən çıxış edə bilmədilər.Məsələn, xarici ölkələrdə, ələlxüsus Rusiya Federasiyasında məskunlaşan soydaşlarımız, bir ara, bütün dünyada Azərbaycan diasporunun birləşməsi məsələsində, məhz, 1999-cu ildə bu ölkədə təsis edilən və az bir müddət ərzində tərkibində çox sayda təşkilatı birləşdirə bilən Rusiyada Azərbaycanlıların Federal Milli — Mədəni Muxtariyyətinə — “AzərRos”a böyük ümidlər bəsləyirdilər. Di gəl ki, Rusiya kimi belə bir nəhəng ölkədə fəaliyyət göstərən bu diaspor təşkilatımız da, uzun zaman ayrı-ayrı fərdlərin əlində alətə çevrildi. Təşkilatın rəhbər kürsülərinə məkrli niyyətləri olan kimlər əyləşdirilmədilər?! Bir sözlə, onlar “Milyarderlər İttifaqı”, eləcə də başqa adlar altında öz siyasi ambisiyalarını həyata keçirmək üçün, milli maraqlarımıza zidd ağlasığmaz çirkin məqsədlərə əl atmaqdan belə çəkinmədilər. Ətrafında yaranan bu və bu kimi digər iyrənc oyunlar, hətta, dəfələrlə bu təşkilatın bölünməsi ilə nəticələnən açıq-aşkar dramatik vəziyyətlərlə müşayiət olundu.Deyilənlərin bariz nümunələrini, xaricdəki diasporumuzun fəaliyyətini daim işıqlandıran bir mətbu orqanın — “Araz” Media Qrupunun, araz.az xəbər portalının əməkdaşı olaraq, ötən illərin baş tutan seçkilərində və digər səs-küylü siyasi olaylarında daha çox gördüm. Şahidi oldum ki, ümumiyyətlə, fəaliyyət göstərdiyi illər ərzində bu təşkilat Rusiyadakı Azərbaycan icmalarını gücləndirə, eləcə də onları vahid mərkəz ətrafında birləşdirə bilərdi. Lakin Azərbaycanın sabiq Baş nazirinin müavini Abbas Abbasov bu qurumu yaradanda verdiyi sözlərini yerinə yetirmədi. Rusiya azərbaycanlılarının birləşdirilməsi və “AzərRos”la digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə, onun rəhbərliyində özlərinə yer edənlər öz şəxsi məqsədləri naminə fitnəkarlıqlar törədərək, bu ictimai təşkilatı parçalayıb, siyasi bəyanatlar üçün platformaya çevirdilər. Elə, onlar, bütün bu hərəkətlərinə görə də, soydaşlarımız tərəfindən “AzərRos”a qarşı nifrət hissləri yaratdılar. Xatırladaq ki, “AzərRos”a əvvəllər Söyün Sadıqov, Asif Məhərrəmov kimi məkrli niyyətləri olan ambisiyalı şəxslər rəhbərlik ediblər. Ölkəmiz üçün gərgin və həssas keçən ötən illərdə isə, onun prezidenti postunda Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, ermənilərlə azərbaycanlıların hər zaman dost olduğunu bildirib, mənfur düşmənə hüsn-rəğbətini gizlətməyən, hətta saxtakar erməni alimlərindən tez-tez  sitatlar gətirməkdən belə çəkinməyən Mehriban Sadıqova əyləşdirilib. Beləcə, Abbas Abbasov kimilərin “əlləri altında” Azərbaycan icmasının nümayəndələrini aldadan, eləcə də Azərbaycan hakimiyyətinə qarşı etibarsızlıq yaradan buşəxslər öz dağıdıcı hərəkətləri ilə, Rusiyadakı soydaşlarımızın icmalarını parçalamaqdan və diaspor qurumları daxilində gedən qalmaqalları böyütməkdən heç vaxt çəkinməyiblər.Dəhşət ondadır ki, regionda sürətlə dəyişən belə bir mürəkkəb geosiyasi vəziyyətdə də, Rusiya və ətrafında olan postsovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi, bu nəhəng ölkədəki əqidələri təmiz vicdanlı və Azərbaycan sevgisi böyük olan soydaşlarımızın millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışdıqları bir vaxtda da, bu qurumu əllərinə alıb, bir alətə çevirənlər yenə dinc dayanmır, milli maraqlarımız əleyhinə işləməyi özlərinin həyat amallarına çevirirlər.Etibarlı mənbələrdən araz.az-a daxil olan son bir xəbərdə bildirilir ki, bu yaxınlarda Mehriban Sadıqova istefa ərizəsi yazıb, “AzərRos”un prezidenti postuna isə, Xanoğlan Əliyev ad-soyadlı bir iş adamı gətirilib. Dəhşət ondadır ki, Rusiya vətəndaşı olan bu həmyerlimiz də, ötən illər ərzində Azərbaycanın maraqları əleyhinə fəaliyyət göstərən imkan sahibi kimi tanınıb. Azərbaycan qarşısında onun da vətəndaş məsuliyyəti vətənpərvərlik əməllərində heç vaxt nəzərə çarpmayıb. Daha dəqiq desək, Xanoğlan Əliyev öz ətrafı ilə birlikdə, həmişə, ölkəmizin cənub bölgəsində bir vaxtlar “Talış — Muğan Respublikası” adlı qondarma bir qurum yaratmağa cəhd edən, buna görə layiqli cəzasını alan, həbsdən çıxandan sonra isə, xaricdə özünə “siyasi sığınacaq” tapan Əlikram Hümbətovun dəstəkçisi kimi də tanınıblar. Hətta onlar Rusiyada da, milli maraqlarımız əleyhinə olan belə bir qurum yaradıblar.https://www.youtube.com/embed/hUDZzW9pAtM https://www.youtube.com/embed/kLzR83Gb9yE https://www.youtube.com/embed/z2_ula9PeW0 https://www.youtube.com/embed/dfm-11XLo_E Bu azmış kimi, Əlikram Hümbətovla tez-tez görüşlər keçirib, öz iyrənc məqsədlərinə daha tez çatmaq üçün ondan məsləhətlər alıblar. Əldə etdiyimiz foto-şəkillər də, video-görüntülər də, Xanoğlan Əliyevin və onun ətrafının öz Facebook səhifələrindəki status-yazışmaları da, deyilənlərin sübutudur. Həmin sübutları dəyərli oxucularımızın da diqqətinə çatdırırıq. Qoy, onlar desinlər, fəaliyyəti Azərbaycan əleyhinə tuşlanan belə bir şəxsin, ölkəmizin beynəlxalq aləmdə tanınmasında və güclənməsində rol oynaya biləcək belə bir diaspor təşkilatının rəhbəri vəzifəsinə gətirilməsi nə dərəcədə düzgündür?! Nədən, indiyədək, Azərbaycanın əlaqədar dövlət qurumlarının bu ciddi məsələyə rəsmi reaksiyaları olmayıb?! Ümumiyyətlə, “AzərRos”un belə bir aqibətlə üzləşəcəyi gözlənilən idi. Çünki bu təşkilatın rəhbərliyində birləşənlər heç vaxt Azərbaycan üçün Rusiya kimi böyük bir ölkədə uğurlu təmsilçi olmayıblar. Halbuki bunu hər vaxt Azərbaycanın gələcəyi tələb edib.

WhatsApp Image 2021 01 08 at 00.06.24

WhatsApp Image 2021 01 08 at 00.06.24 1

Araz.az

Həmçinin oxuyun

“Qaçqınkom”un bu bölmələri ləğv edildi, yeniləri yaradıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində struktur dəyişikliyi aparılıb. Bu barədə Azinforum.az-a qurumdan …