Şənbə , İyul 24 2021
Ana səhifə / Manşet / Diaspor Komitəsilə Ukraynadakı diasporumuz arasında medal qalmaqalı – Rövşən Tağıyev tədbirdən imtina etdi

Diaspor Komitəsilə Ukraynadakı diasporumuz arasında medal qalmaqalı – Rövşən Tağıyev tədbirdən imtina etdi

Tanınmış jurnalist Məhəmmədəli Qəribli öz “Facebook” səhifəsində Ukraynadakı diasporumuzla Diaspor Komitəsi arasında yaşanan medal qalmaqalı ilə bağlı maraqlı post paylaşıb. Azinforum.az həmin paylaşımı təqdim edir:

“Diaspor Komitəsi ötən il diaspor sahəsində dövlət mükafatına layiq bildiyi şəxslərin siyahısını cəmiyyətə təqdim etmədi. Səbəb bəllidir. Çünki siyahı ilə bağlı ciddi etiraz vardı, hətta deyərdim ki, bəzi diaspor fəalları layiq olan şəxlərin adının təltif edilənlərin siyahısına salınmadığına görə əsl üsyan edirdi. İndi Diaspor Komitəsi aranın yat-yüt olduğunu görüb, həmin medalları konfidensial şəkildə sahiblərinə təqdim etmək qərarına gəlib.

Komitənin Aparat rəhbəri Daşqın müəllim, medalları vurub qoltuğuna yollanıb Ukraynaya. Siyahıya etiraz edən Ukraynadakı ən böyük diaspor təşkilatımız olan Birləşmiş Ukrayna Konqresi və onun rəhbəri Rovşən Tağıyev təntənəli tədbirdə iştirakdan imtiba ediblər. Azərbaycanın Ukraynadakı səfirliyində baş tutan tədbirdə isə Ukraynadakı diaspor fəallarımız: Hikmət Cavadovla Oleq Krapivin arasında bərk mübahisənin yaşandığı bildirilir. Mübahisəyə səbəb kimi, Diaspor Komitəsinin Ukrayna Azərbaycanlılarının Radası üçün ayrılan pulların təyinatı üzrə düzgün xərclənəməsi mövzusu olub.

Qeyd edək ki, bir neçə il əvvəl Fuad Muradov bir-birilə barışmaz mövqedə olan iki diaspor fəalı: Rövşən Tağıyevlə Hikmət Cavadovu bir araya gətirərək məcbiri “kleyləmə” prosesini həyata keçirmişdi. Bunun nəticəsində Azərbaycanlıların Birləşmiş Radasının yaradıldığı bəyan olunmuşdu. Qeyd olunur ki, Radanın ofisinin Kiyev şəhərində icarəsi üçün hər ay büdcədən 5 min dollar vəsait silinir”.

Azinforum.az

Həmçinin oxuyun

JURNALİSTİKAMIZA YÖNƏLİK NÖVBƏTİ TƏXRİBAT – “Rus casusları”, “Reket.pro” indi də OCCRP-nin siyahısı…

Məlum olduğu kimi, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa …