Ana səhifə / Manşet / DGK jurnalistlər üçün 5 günlük təlim təşkil edib – Fotolar

DGK jurnalistlər üçün 5 günlük təlim təşkil edib – Fotolar

Dövlət Gömrük Komitəsi Şahdağda jurnalistlər üçün “ Gömrük İslahatları və Modernləşdirmə”mövzusunda təlim təşkil edib. 

25-29 sentyabr tarixlərində keçiriləcək təlimdə jurnalistlərə gömrük sahəsinə aid bir sıra məlumatlar veriləcək. Eyni zamanda jurnalistlər təlim günlərində əraziyə yaxın gömrük postlarına da aparılacaq, oradakı vəziyyət barəsində media nümayəndələrinə məlumat veriləcək.

Musavat.com xəbər verir ki, təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media kapitanları, gömrük orqanlarının əməkdaşları və jurnalistlər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayevtəlimin məqsədi, medianın gömrük işindəki rolu və mediaya verilən önəm barəsində danışıb. O bildirib ki, gömrük komitəsi dinamik inkişaf edən dövlət təşkilatıdır. İctimaiyyətin bu sahədə məlumatı hələ də azdır. İctimaiyyət gömrüyün tam funksiyasının nədən olduğunu bilmir. Gömrük rüsumları, yığımları haqda düzgün məlumatları yoxdur. Bu sahədə düzgün maariflənmə işinin apaılması üçün media nümayındılərinə ehtiyyac var.

Bildiyiniz kimi gömrük sistemində geniş islahatlar aparılıb. Komitə əməkdaşlarının maaşları qaldırılıb. Kəmiyyət dəyişiklikəri aparılıb. lakin keyfiyyət dəyişikliyinin aparılması üçün ictimiayyətini dəstəyi lazımdır.  5 gün ərzində media nümayəndələrinə bu sahədə görülən işlər haqda müzakirələr olacaq, təqdimatlar keçiriləcək”.

Sədr müavini bildirib ki, Dövlət Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır:
“Bu islahatlar beynəlxalq standartlara cavab verən Avropa modelinin tətbiqinə, çevik idarəetmə sisteminin formalaşdırılmasına və nəzarət sistemindən xidmət sisteminə keçidə imkanlar yaradır. Komitə tərəfindən aparılan 3 istiqamətdə islahatlara “Gömrük-Biznes”, “Gömrük-Hökumət”, “Gömrük-Gömrük” daxildir.

Sədr müavini gömrüyün fəaliyyətində dördüncü bir istiqamətin isə “Gömrük-Media” olmasını istədiyini qeyd edib:

“2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 19 min manat idisə, 2017-ci ildə bu rəqəm 16 min manat olub: “2018-ci ildə ölkədə elektron ticarətin həcmi 400 min manata qalxıb. Yəni, bu il elektron ticarətin həcmi 20 dəfə artıb. Buna səbəb isə odur ki, qanunsuz yolla mobil telefonların gətirilməsinin qarşısını almışıq. Əgər bir ucqar kənddə 90 yaşlı nənənin adına “iPhone” telefonu gəlirsə və nənənin bu telefondan xəbəri yoxdursa, təbii ki, belə halların qarşısı alınacaq”.

İ. Babayev vurğulayıb ki, bəzən gömrük xidmətindən yazan jurnalistlər gömrük yığımları ilə rüsumların fərqini bilmirlər: “Məqsədimiz bu təlimlər vasitəsilə sizlərə bu anlayışları və bu fərqləri izah etməkdir”.

Qeyd edək ki, jurnalistlər üçün təşkil edilən təlim sentyabrın 29-na davam edəcək.

Sonra çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlibildirib ki, Gömrük Komitəsinin rəhbərliyi dəyişəndən sonra komitədə geniş islahatlar başlayıb:
“Təbii ki, bu islahatların gedişi hamını qane etmir. Əvvəl başqa qurumda işləyiblər indi isə qaydalar çox sərt qoyulub. Ancaq bu narazılıqlar o demək deyil ki, islahatlar getməməlidir. Camaatın ən çox” Qırmızı körpü”dən narazılığı vardı. İnsanlar orada saatlarla gözləyir. İqbal müəllimdən birinci bu barədə soruşdum. O, mənə şəkilər göstərdi və bildirdi ki, bunların hamısını cənab prezidentə də göstərib. O qeyd etdi ki, birinci növbədə orada yalnız bir aparat var ki, buna görə də təhlükəsizlik məqsədilə yüklər yoxlanan zaman çoxlu vaxt aparılır. Ona görə də ikinci aparat üçün də vəsait ayrılıb. Hesab edirəm ki, gömrükdə aparılan islahatlar nəticəsindəbütün bu problemlər də aradan qaldırılacaq. İndi məsələ qoyulub ki, bütün gömrük işçiləri düz işləməlidir. Əgər kimsə əyri yola gedəcəksə, o, dərhal işdən azad olunacaq. Əlbəttə, hər hansı bir sahədə iş görülürsə və onun təbliğtı yoxdursa, ictimaiyyətə çatdırılmırsa, o işdən kimsə xəbər tutmur. Bundan öncə biz çalışmışıq ki gömrüklə mətbuatın əlaqələrini quraq, jurnalistlərlə onları görüşdürək. Ancaq mümkün olmurdu. Səfər müəllim gələndən sonra isə bu istiqamətdə də xeyli işlər görülür. Dezinformasiya barəsində isə onu deyim ki, əgər jurnalistlərə vaxtında mövqe bildirilsə, bu cür məlumatlar da yayılmaz. Bugünkü təlimlər onu göstərir ki, jurnalistlərə gömrük işləri barəsində geniş məlumat verilir. Bu işlərin gələcəkdə həm jurnalistlərə, həm də bizə böyük köməyi olacaq. Hesab edirəm ki, bu görüşlər daha sonra da davam edəcək və bunun üçün biz də əlimizdən gələn dəstəyi verəcəyik”.

Çıxış edən “Yeni Azərbaycan” qəzetini n baş redaktoru Hikmət BabaoğluAzərbaycanda gömrüyün tarixi barəsində danışıb və bildirib ki, gömrüyümuzun çox qədim tarixi var:
“Tarix boyu hər zaman gömrük islahatları aparılıb. Doğrudan da mətbuatla işləmək çox vacibdir. Çünki böyük islahatlar həyata keçirirsiz və bunu işıqlandırmaq lazımdır. Düşünürəm ki, burada təlimlər əsnasında jurnalistlər sahə üzrə geniş bilgilər əldə edəcəklər və islahatlarla bağlı dolğun məlumat hazlrlayacaqlar. Jurnalistlər ilk növbədə gömrük hüququnu bilməlidirlər. Eləcə də hər bir vətəndaş öz hüququnu bilməli və onu qorumağı bacarmalıdır. Gömrük hüququnu bilmədən jurnalistlər nə gömrük haqqında tənqid yaza bilər, nə də tərif. Jurnalistikanın bir funksiyası həm də ictimai nəzarətdir. Gömrük haqqında geniş məlumatı olmayan jurnalist, təbii ki, ictimai nəzarəti də həyata keçirə bilməz”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, bu təlimin çox böyük əhəmiyyəti olacaq:
“Doğrudan da ölkəyə daxil olan ilk vətəndaş gömrük postunu keçir. Hesab edirəm ki, islahatlar nəticəsimdə bu sahə üzrə böyük irəliləyişlər olacaq. İndiyə qədər Gömrük Komitəsi çox qapalı olub. İctimaiyyətə açıq olmaq çox vacib məsələdir. Ona gorə də bu görüşü önəmli addım hesab edirəm”.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də çıxış edərək, tədbirin əhəmiyyəti, keçirilən işlərin vacibliyi barəsində danışıb. O, eyni zamanda Dövlət Gömrük Komitəsinin tarixi, formalaşması barəsində də fikirlərini bildirib:
“Tamamilə şərikəm ki, komitə bir zamanlar qapalı qurum idi. Ona görə də jurnalistlərin hədəfinə məruz qalırdı. Bu gün isə görürəm ki, komitənin əməkdaşları ilə jurnalistlər arasında yeni bağ yaranır. Əlbəttə ki, jurnalistlər bu, jurnalistlərin fəaliyyəti üçün bir növ yeni informasiya sahələrinin açılması deməkdir. Eyni zamanda bu, komitənin özü üçün də əhəmiyyətlidir. Çünki islahatlar başlayıbsa bunları ictimaiyyətə təqdim etməkdə jurnalistlərin böyük rolu olacaq”.

Daha sonra çıxış edən “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlusöyləyib ki, burada səslənən fikirlərin böyük əksəriyyəti ilə razıyam:

“Fəaliyyətdə olan qəzetin və saytların baş redaktoru kimi Gömrük Komitəsinin media açılımının nə demək olduğunu çox yaxşı bilirəm. Vaxtilə Gömrük Komitəsi ilə bizim məhkəmə çəkişməmiz olub. Bu, sadə bir səbəbdən baş vermişdi. Sorğu vermişdik, 1 ay ərzində cavab verilmədi və məhkəməyə müraciət etdik. Biz o məhkəməni indi, üstündən 8 il keçəndən sonra udmuş sayılırıq.

DGK -nın ən böyük və əsas islahatı məhz mediaya açıq olmaq, şəffaflıq siyasəti yürütməkdir. Üzdə hər kəs deyə bilər ki, mediaya açığıq, ancaq bunu işlə də göstərmək lazımdır. Bu gün Gömrük Komitəsi və onun fəaliyyəti haqqında məlumatlar, ən asan əldə olunan informasiyalardır. Gömrük Komitəsinin mətbuat xidməti gün ərzində bəzən 4-5 xəbər istehsal edir. Bəzən bu xəbərləri çatdırıb sona qədər verə bilməyəndə, hətta bizə mesaj yazırlar ki, bəzi xəbərlərimiz getməyib. Bu, çox ürəkaçan haldır. Media ilə birbaşa və vasitəçisiz işləmək. Gömrük Komitəsi Azərbaycan üçün strateji əhəmiyyətli qurumdur. Ölkəyə daxil olan hər kəs Gömrük xidməti ilə təmas qurur və onun Azərbaycan haqda ilkin təəssüratı məhz bu zaman formalaşır. Hazırda sizin xidmətdən şikayətlər xeyli azalıb. Çünki DGK sahəsində sadələşdirmə, asanlaşma olub. Azərbaycan dövlətinin rəhbərliyi “Asan” fəlsəfəsini və mədəniyyətini ölkəmizə gətirməklə, bir müqayisə predmeti yaradıb. “ASAN Xidmət” fəlsəfəsi tədricən digər sahələrə də keçməkdədir. Bu onu göstərir ki, Azərbaycan xalqı rüşvət vermədən də yaşaya,həyatını sürdürə bilər. Necə ki, bu xalq 100 il əvvəl müsəlman şərqində ilk dəfə cümhuriyyət, parlament, demokratik rejim qurdu. Bu xalqın o potensialı da var ki, əlini cibinə salıb şirinlik vermədən də həytına davam etsin… Biz də media quruluşu olaraq, gördüyünüz bu işlərdə sizə hər cür dəstəyi verməyə hazırıq”.

Sonra “Bizimyol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyevdə çıxış edərək, fikirlərini bildiriblər.

Sonda xatirə fotosu çəkilib

Musavat.com

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …