Bazar , Oktyabr 2 2022
Ana səhifə / Manşet / Deputatın yaxın qohumu şəhid oldu

Deputatın yaxın qohumu şəhid oldu

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Ermənistan Ordusunun təxribatı nəticəsində Azərbaycan şəxsi heyəti arasında itkilər olduğunu açıqlayıb. 

Azinforum.az-ın əldə etdiyi məlumata görə, şəhid hərbçilərimizdən biri- Möhbalı Fərid Kəmaləddin oğlu Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin yaxın qohumudur. O, deputatın əmisi nəvəsidir.

Deputat həmkarları S. Möhbalıyevə başsağlığı veriblər.

Qeyd edək ki, şəhid Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub.

Həmçinin oxuyun

Abşeron Gənclər Şəhərciyində AKSİYA: Sakinlər yolun süni şəkildə uzadılmasına etiraz edir – FOTO

Bu gün Abşeron Gənclər şəhərciyinin sakinləri Bakı-Sumqayıt yolunun VAZ-ın dairəsi deyilən ərazidə yolun uzadılmasına etiraz …