Cümə , Yanvar 21 2022
Ana səhifə / Manşet / Deputat Ulvi Quliyevin oğlu ölkədən çıxardığı pulları geri qaytarır

Deputat Ulvi Quliyevin oğlu ölkədən çıxardığı pulları geri qaytarır

Azinforum.az xəbər verir ki, Jurnalist Cavanşir Həsənli özünün “Feysbuk” səhifəsində Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlamasından yazıb: “Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb.


Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti – GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.
Mənə çatan məlumata görə “profilaktik söhbətlərdə” deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb”.

Azinforum.az

Həmçinin oxuyun

Məhəmmədəli Qəribli “Tik-Tok” debatında Azər Zahidi darmadağın etdi – Video

“Tik-Tok” platformasında iki tanınmış jurnalist: Məhəmmədəli Qəribli ilə Azər Zahidin arasında debat formatında yarışma keçirilib. …