Cümə , Yanvar 22 2021
Ana səhifə / Manşet / “Deputat İmamverdi İsmayılov Zakir Fərəcovun əvəzindən “bazarlıq” edir”- Video

“Deputat İmamverdi İsmayılov Zakir Fərəcovun əvəzindən “bazarlıq” edir”- Video

Jurnalist Əvəz Zeynallı öz verilişində Sumqayıtın icra başçısı Zakir Fərəcovun fəliyyətini sərt tənqid edib. O, bildirib ki, Zakir Fərəcov 50-dən artıq iş adamına borclu olduğu vəsaiti ödəmir. Bildirilib ki, iş adamlarının şikayəti hazırda Prezidentin köməkçisi Kərəm Həsənov tərəfindən araşdırılır. Ən maraqlı məqamlardan biri isə Əvəz Zeynallının deputat İmamverdi İsmayılov haqqında səsləndirdiyi fikirlərdi. Jurnalist bildirib ki, İmamverdi İsmayılovun işi-gücü Zakir Fərəcovdan şikayətçi olan vətəndaşları, iş adamlarını sakitləşdirməkdən ibarətdir, yəni icra başçısının əvəzindən “bazarlıqla” məşğul olur. Deyilən fikirlərlə bağlı deputatın münasibətini öyrənmək cəhdlərimiz alınmadı. Azinforum.az jurnalistin fikirlərinin yer aldığı videonu təqdim edir:

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …